6 C
Baku
Thursday, January 16, 2025

Dönərlilik əmsalı (Turnover ratio)

0

Have a Question?

Dönərlilik əmsalı – müəyyən aktiv və ya öhdəliklərin istifadəsinin intensivliyini (dövriyyəsini) göstərən maliyyə əmsalıdır. Dönərlilik əmsalları müəssisənin işgüzar fəaliyyətinin göstəricisi qismində çıxış edir.

Maliyyə analizində dönərlilik əmsalları sırasında ən geniş istifadə olunanlar aşağıdakılardır:

  • dövriyyə aktivlərinin dönərliliyi (illik mənfəətin dövriyyə aktivlərinin orta illik böyüklüyünə olan nisbəti);
  • ehtiyatların dönərliliyi (illik istehsal xərclərinin ehtiyatların orta illik dəyərinə nisbəti);
  • debitor borclarının dönərliliyi (illik mənfəətin debitor borclarının orta illik dəyərinə nisbəti);
  • kreditor borclarının dönərliliyi (illik mənfəətin qısamüddətli kreditor borclarının orta illik dəyərinə nisbəti);
  • aktivlərin dönərliliyi (illik mənfəətin müəssisənin bütün aktivlərinin orta illik dəyərinə nisbəti);
  • şəxsi kapitalın dönərliliyi (illik mənfəətin müəssisənin şəxsi kapitalının orta illik dəyərinə nisbəti).

Beləliklə, 3-ə bərabər olan aktivlərin dönərlilik əmsalının dəyəri o deməkdir ki, təşkilat il ərzində öz aktivlərinin dəyərindən 3 dəfə çox olan həcmdə mənfəət əldə edir (aktivlər il ərzində 3 dəfə “dövr edir”).

Aktivlərin dönərlilik əmsalı nə qədər yüksəkdirsə, təşkilatın fəaliyyətində aktivlərdən bir o qədər intensiv istifadə olunur və işgüzar fəallıq bir o qədər də yüksəkdir. Lakin dönərlilik sahə xüsusiyyətlərindən əhəmiyyətli dərəcədə asılıdır. Belə ki, dönərliliyin yüksək olduğu ticarət sahəsi təşkilatlarında dönərlilik yüksək olacaq, yüksək dəyərli sənayelərdə isə aşağı. Bununla belə, dönərliliyin dəyərini təşkilatın işinin effektivliyinin göstəricisi hesab etmək olmaz. Həmçinin, eyni sahənin iki analoji şirkətinin dönərlilik əmsallarının müqayisəli analizi aktivlərdən effektiv istifadə zamanı müxtəlif nəticələr verə bilər. Məsələn, debitor borclarının yüksək dönərliliyi alıcılardan ödənişlərin daha effektiv toplanmasından xəbər verir.