Have a Question?
EBITDA (Earnings Before Interest, Taxes, Depreciation and Amortization) – şirkətin faiz, vergi və amortizasiya xərcləri hesablanmazdan əvvəlki mənfəətidir. EBITDA kapital strukturunun effektinin təsirini (yəni borc vəsaitləri üzrə ödənmiş faizlər), vergi dərəcəsi və təşkilatın amortizasiya siyasəti istisna olmaqla şirkətin maliyyə nəticələrini göstərir. EBITDA xərclərin amortizasiya kimi “qeyri-monetar” maddəsini istisna etməklə pul axınını təxmini şəkildə qiymətləndirməyə imkan verir. Göstərici eyni bir sahəyə aid, lakin müxtəlif kapital strukturlarına malik təşkilatların müqayisə edilməsi zamanı faydalıdır.
EBITDA öz növbəsində maliyyə effektivliyinin müxtəlif əmsallarının (EV/EBITDA, satışın rentabelliyi və s.). tərkib hissəsi olaraq geniş istifadə olunur. İnvestorlar EBITDA göstəricisinə investisiyaların gözlənilən qayıdışının göstəricisi olaraq yanaşırlar.
Hesablanma düsturu:
EBITDA = Vergi ödənilməsinə qədər olan mənfəət (zərər)
+ (Ödəniş faizləri + Əsas vəsaitlərin və qeyri-maddi aktivlərin amortizasiyası)
Sözügedən göstəricinin təşkilatın balansı üzrə hesablandığına dair yanlış fikir var. Əslində isə, EBITDA göstəricisini “Mənfəət və zərərlər barədə hesabat” (“Maliyyə nəticələri barədə hesabat”) – dan əldə edilən məlumatlar əsasında hesablamaq mümkündür. Lakin əlavə olaraq yuxarıda qeyd edilən hesabat növündə qeyd edilməyən əsas vəsaitlərin və qeyri-maddi aktivlərin amortizasiyası məbləği də lazımdır.
Mənfi EBITDA göstəricisi şirkətin fəaliyyətinin hələ əməliyyat mərhələsində, borc kapitalından istifadəyə görə ödənişlərdən, vergidən, amortizasiyadan əvvəl zərərdə olduğundan xəbər verir.
Həmçinin, EBITDA göstəricisindən rentabelliyin (EBITDA margin) hesablanması üçün də istifadə olunur:
EBITDA margin = EBITDA / Satışdan əldə edilən mənfəət
Bu əmsal faiz, vergilər və amortizasiyadan əvvəl şirkətin rentabelliyini əks etdirir və EBITDA-dan fərqli olaraq, mütləq deyil, nisbi göstəricidir.