14 C
Baku
Sunday, November 24, 2024

“Emergency card” nədir?

0

Have a Question?

Emergency card – kart xaricdə itirildikdə və ya oğurlandıqda təcili dəyişdirilməsini nəzərdə tutan xidmətdir. Əksər banklar bu xidməti Gold və daha yüksək kateqoriyalı məhsullar üçün təklif edirlər. Bütün kredit təşkilatlarında tariflər fərqli olur.


Bu xidməti almaq üçün beynəxalq ödəmə sisteminin müştəri dəstəyi xidməti ilə əlaqə saxlamaq lazımdır. Kart sahibini müəyyənləşdirmək üçün xidmət nümayəndəsi tərəfindən tələb olunan bütün məlumatları təqdim etmək lazımdır.


Eyni zamanda kartın təhvil vermək üçün vaxt və məkan barədə razılığa gəlmək üçün telefon nömrənizi göstərməlisiniz. Daha sonra işçi mövcud qaydalara uyğun olaraq, kartın nömrəsini və digər zəruri məlumatları təqdim edən bankla əlaqə saxlayır. Kart hazır olandan sonra müştəriyə zəng vurulur və çatdırılır. Unutmayın ki, yeni kartda bir sıra məhdudiyyətlər ola bilər, məsələn, istifadə müddətinin daha az olması.