Have a Question?
ESCAP – Asiya və Sakit Okean ölkələri üçün İqtisadi və Sosial Komissiya. Təşkilat 1947-ci ildə (o dövrdə Asiya və Uzaq Şərq ölkələri üçün İqtisadi Komissiya adını daşıyırdı) iştirakçı dövlətlərin iqtisadi əməkdaşlığının böyüməsini stimullaşdırmaq məqsədi ilə yaradılmışdır. 1974-cü ildə təşkilat ESCAP adını aldı, bu gün onun 53 üzvü var.
Komissiya Banqkokda (Tailand) yerləşir və hazırda ECOSOC-un beş regional komissiyasından biridir. 2007-ci ildən 2014-cü ilə qədər təşkilatın rəhbəri Sinqapurlu Noelin Heyçer olmuşdur, 2014-cü ildən sonra isə Şamşad Axtardır.
Region ölkələrdən əlavə, ESCAP üzvlərinə Fransa, Hollandiya, İngiltərə və ABŞ daxildir.
Təşkilatın əsas vəzifələrindən biri regionun problemlərin həll etmək, aşağıdakı sahələrdə üzv ölkələr arasında əməkdaşlığı gücləndirmək:
– siyasət və inkişaf
– ticarət və investisiyalar
– sosial inkişaf
– nəqliyyat
– ətraf mühit