Exceldə ROUND, ROUNDUP, ROUNDDOWN funksiyaları

    Exceldə ədədlərin yuvarlaqlaşdırılması üçün ROUND, ROUNDUP, ROUNDDOWN funksiyalarından istifadə edilir. Ayrı- ayrılıqda funksiyaları nəzərdən keçirək. 

    1. =ROUND(ədəd;vergüldən sonra rəqəmlərin sayı) – normal yuvarlaqlaşdırma aparır. Bu funksiya normal riyazi yuvarlaqlaşdırmanı yerinə yetirir. 5 dən kiçik olan ədədləri bir aşağı ədədə doğru, 5-ə bərabər və ya böyük ədədlərdə isə bir vahid yuxarıya doğru yuvarlaqlaşdırma aparır. Məsələn, 2.5 ədədini =ROUND(2,5;0) funksiyası ilə yuvarlaqlaşdırarsaq 3 qiymətini funksiya bizə qaytarar.

    2. ROUNDUP(ədəd;vergüldən sonra rəqəmlərin sayı) – Funksiyası yuxarıya doğru yuvarlaqlaşdırma aparır. Məsələn, =ROUNDUP(2,3;0) funksiyası ilə yuvarlaqlaşdırma yerinə yetirərsək, funksiya bizə 3 qiymətini qaytarar.

    3. ROUNDDOWN(ədəd;vergüldən sonra rəqəmlərin sayı) – Funksiya aşağıya doğru yuvarlaşdırma aparır. Məsələn, = ROUNDDOWN(2,3;0) funksiyası ilə yuvarlaqlaşdırma apararsaq funksiya bizə 2 qiymətini qaytarar.

    Beləliklə, exceldə Riyazı funksiyalar qrupunda yerləşən ROUND funksiyaları ilə tanış olmuş olduq.

    Innab


    Kredit müraciəti

    Sizin müraciətiniz banka göndərildi.

    24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları