14 C
Baku
Saturday, November 23, 2024

Faktorinq nədir?

0

Have a Question?

Faktorinq (factoring ingilis dilindən tərcümədə agent, vasitəçi mənasını daşıyır) kommersiya banklarının, onların törəmə faktor firmalarının kiçik və orta firmalara, müştərilərə göstərdikləri maliyyə xidmətinin bir formasıdır. Onun mahiyyəti ondan ibarətdir ki, faktor firma öz müştərisindən borcları almaq hüququnu alır, öz müştərilərinin borclarını hissə-hissə ödəyir. Daha doğrusu, borcların 70-90%-ə qədərini ödəmə müddəti çatana kimi ödəyir. Borcun qalan hissəsini isə müştəriyə onun borclusunun bütün məbləği qaytardıqdan sonra müəyyən edilmiş faizlər çıxılmaq şərtilə qaytarılır. Nəticədə faktor-firmanın müştərisi borcları tez qaytarmaq imkanı əldə edir və buna görə də faktor firmaya faizlər ödəyir. Faktorinq əməliyyatlarının icra olunduğu şəraitdə müştəri öz borclusundan borcunu almaq hüququnu faktor firmaya verir.

Faktorinq XVI əsrin sonlarında ticarət vasitəçilərinin apardığı əməliyyatlar kimi meydana gəlmiş, XVII əsrdə daha da inkişaf etmişdir. Sonralar isə o kreditləşmə formasını almışdır.

Faktorinq özünün klassik məna və variantında banklar tərəfindən müştərisinin, borc öhdəliklərinin alınması vasitəsi ilə qısamüddətli kreditləşdirilmə və bununla bağlı çoxistiqamətli və çoxsaylı əməliyyatları əks etdirir. Müştərilərin bu borc öhdəlikləri hər şeydən əvvəl müştərinin mal-material və xammal, texnoloji maşın, avadanlıq, qurğular alması ilə, müştərinin ödəmələrin mümkün riskləri ilə bağlı sığorta olunması ilə və s. səbəbdən yarana bilər.

Faktorinq əməliyyatlarının inkişafı nəticəsində, ötən əsrin 60-cı illərindən başlayaraq faktorinq əməliyyatları tədricən kommersiya kreditini sıxışdırıb çııxarmağa başlayıb. Faktorinq əməliyyatları ötən əsrin 80-ci illərindən etibarən daha sürətli inkişaf etməyə başlamışdır. Ötən əsrin son 10 ili ərzində faktorinqin dövriyyəsi Avropanın bir çox ölkələrində görünməmiş artıma malik olmuşdur: artım İtaliyada 70 dəfə, İspaniyada 15 dəfə, İngiltərə 8 dəfə, Fransada 7 dəfə olmuşdur.

Faktorinq əməliyyatlarının hər bir ölkədə inkişaf şərtləri və şəraiti ölkə iqtisadiyyatının özünəməxsus xüsusiyyətlərindən asılı olur. Lakin faktorinqin bir sıra ümumi xüsusiyyətləri, göstəriciləri, əlamətləri hər bir ölkədə eynidir.

1988-ci ildə Beynəlxalq Xüsusi Hüququn Unifikasiyası İnstitutu “Beynəlxalq Faktorinq Haqqında Konvensiya” qəbul edərək faktorinqin əsas meyarlarını müəyyən etmişdir. Bura aşağıdakılar daxildir:

– işgüzar tələblərin əvvəlcədən ödəmə formasında kreditləşməsinin həyata keçirilməsi;

– malgöndərənin mühasibat uçotunun, o cümlədən mal satışının, görülmüş işlərinni və göstərdiyi xidmətlərin uçotunun aparılması;

– malgöndərənin borclarının inkassoya qoyulması;

– malgöndərənin kredit risklərindən sığortası.

Beynəlxalq konvensiyaya görə yuxarıda sadalanan meyarlardan heç olmasa ikisinə uyğun gələn əməliyyat faktorinq əməliyyatı sayılır. Faktorinq sövdələşmənin iştirakçılarının tərkibindən və onun predmetindən asılı olaraq müxtəlif formalarda təzahür edir. Müştərilərin mal-material dəyərlilərinə, görülmüş xidmətlərə görə borclarının xidmət olunması əməliyyatlarında faktorinqin iştirakçıları aşağıdakılardan ibarət olur:

1. Faktorinq əməliyyatlarını təşkil edən kommersiya banklarının faktorinq şöbəsi və ixtisaslaşdırılmış faktorinq şirkəti;

2. Malgöndərən və ya malsatan;

3. Malalan.

Borcların tipindən asılı olaraq faktorinqin aşağıdakı formaları mövcuddur:

– Malgöndərənin faktorinqi;

– Malalanın faktorinqi.

Malgöndərənin faktorinqin predmeti malalanlarla hesablaşmalarda yaranmış debitor borclardır. Bu faktorinqin daha geniş yayılmış formasıdır. Çünki təsərrüfatın bütün sahələrində tərəflər arasında münasibət, təsərrüfat əlaqələri məhz elə bu əməliyyatlara başlayır. Belə əməliyyatlar təsərrüfat əlaqələrində çəki etibarilə üstünlük təşkil edir. Malgöndərənin faktorinqini həyata eçirmək üçün faktorinq təşkilatı ilə malgöndərən arasında müqavilə bağlanır. Müqavilənin şərtlərinə görə faktorinq təşkilatı malgöndərənin əmlakı olduğu vəsaitin müəyyən hissəsini 70-90%-ini ödəyir. Qalan hissəni isə alıcıdan aldıqda öz komisyon ödəmələrini çıxmaq şərtilə malgöndərənə ödəyir. Banklar tərəfindən və ya ixtisaslaşmış faktorinq şirkətləri tərəfindən malgöndərənlərin borc öhdəliklərinin borc öhdəliklərinin alınması, malgöndərənə dövriyyə vəsaitlərinin çatışmazlığını aradan qaldırmağa, maliyyə-təsərrüfat fəaliyyətini sabitləşdirməyə, balansın quruluşunu təkmilləşdirməyə, ödəmələr riskini minimuma endirməyə, pul dövriyyəsini sürətləndirməyə, hesablaşmaları vaxtında aparmağa imkan yaradır. Bunlar isə müəssisə üçün normal fəaliyyət şəraitinin yaranması deməkdir.

Malalanın (ödəyicinin) faktorinqinin predmeti malsatanlarlahesablaşmalarda yaranmışm kreditor borcudur. Bu kreditor borcları malalanın (ödəyicinin) dövriyyə vəsaitlərinin çatışmazlığı olduqda yaranır. Malalnın faktorinqin həyata keçirilməsi üçün faktorinq təşkilatı ilə ödəyici təşkilat arasında müqavilə bağlanır. Müqavilədə faktorinq təşkilatı tərəfindən ödəmələri həyata keçirmək öhdəliyi ya ödəmələrin nəzərdə tutulduğu günlər üzrə, ya da ki, bütövlükdə borcun bütün məbləğinin ödənməsi müddəti üzrə əks etdirilir. Bu əməliyyatın mahiyyəti faktorinq təşkilatı tərəfindən alıcı (ödəyici) təşkilatın malgöndərənə ödəməli olduğu kreditor borcunun ödənilməsindən ibarətdir. Malalanın malgöndərən qarşısında kreditor borclarının olmaması, yəni vaxtında ödənməsi istehsal prosesi üçün lazım olan xammal və materialların, yanacağın və digər tələb olunan əmtəələrin fasiləsiz olaraq əldə olunması şəraitini yaradır.

Bu faktorinq əməliyyatı faktorinq təşkilatına haqq ödənişi alıcı (ödəyici) təşkilatın vəsaitləri hesabına həyata keçirilir. Təcrübə göstərir ki, malgöndərənin faktorinqi ilə müqayisədə malalanın faktorinqi daha yüksək risklərlə bağlıdır. Ona görə də faktorinqin bu formasının həyata keçirilməsi üçün komisyon ödəmələrin məbləği digər formalarda olduğundan daha yüksək olur. Faktorinqin bu formasında faktorinq təşkilatı qarşısında borcların ödənməsinin daha çox proqressiv faiz dərəcələri tətbiq edilir. Yəni borcların ödənmə müddəti gecikdirildikcə, komisyon ödəmələrin faizləri artırılır.

Faktorinq əməliyyatlarının təşkili aşağıdakı bir neçə mərhələdən ibarətdir:

– faktorinq təşkilatı (faktor təşkilat) kimi çıxış edən ixtisaslaşmış faktorinq şirkətinin və ya kommersiya bankının faktorinq şöbəsinin formalaşması, yaranması.

Bankın faktorinq şöbəsi yaradılarkən bank bu şöbənin əsasnaməsini hazırlayır. Onun hüquq və vəzifələrini müəyyən edir. Bu şöbə üçün lazım olan ştatları ayırır və aparılacaq işin xarakterindən asılı olaraq mütəxəssislərlə təmin edilir. Şöbənin normal fəaliyyət göstərməsini təmin etmək məqsədilə bank şöbəyə lazımi məbləğdə pul vəsaitləri ayırır. Bu xüsusi vəsaitlərin tərkibinə eyni zamanda ehtiyat (sığorta) fondu dadaxil olur. Bu fond əsasən əməliyyatlar üzrə ehtiyacların təcili ödənməsinə və ya əməliyyatlar üzrə riskin yüksəlməsi ilə əlaqədar olaraq yaranan itkilərin ödənməsinə yönəldilir. Lazımi səviyyədə vəsaitlərə malik olmaq üçün faktorinq şöbə hüquqivə fiziki şəxslərdən müqvilə əsasında vəsaitlər cəlb edir.

Müstəqil faktorinq şirkəti yaradılarkən onun fəaliyyət istiqamətləri müəyyənləşdirilir, ştatlar müəyyən edilir. Ştat üzrə işə müxtəlif müəssisələr : kredit üzrə müəssisələr, mühasiblər, iqtisadçılar, menecerlər, marketinq üzrə mütəxəssislər və s. cəlb edilir. Tam ştat üzrə kadrların komplektləşdirilməsi başa çatdıqdan sonra hazırlığın yeni mərhələsi başlayır:

– Klirinq şirkətinin maliyyə vəsaitlərinin formalaşdırılması onun təşkilati-hüquqi formasından asılı olur;

– Faktorinq şöbəsi tərəfindən müştəriyə irəli sürülən tələblər toplusu işlənib hazırlanır. Malgöndərənin faktorinqi həyata keçirilərkən tələblər toplusu aşağıdakıları əks etdirməlidir: onun məhsulu, yerinə yetirdiyi işlər və göstərdiyi xidmətlər, onun məhsulları və gördüyü işlər yüksək keyfiyyətə,bazarda yüksək tələbə malik olmalıdır; onun istehsalı dinamik olrarq artmalı və bununla bağlı etibarlı perspektivi olmalıdır; geniş təsərrüfat əlaqələri və öz istehsal sahəsində yüksək imicə malik olmalıdır; yüksək idarəetmə personalına və yüksək səviyyədə təşkil olunmuş mühasibat uçotu və hesabat sisteminə malik olmalıdır; müxtəlif kontragentlər, o cümlədən büdcə və bank qarşısında borca malik olmamalıdır.

– müştərinin özünün və malik olduğu borcların xarakterik əlamətləri müəyyən edir. Aşağıdakı əlamətlər müəyyən edildikdə faktor-şöbələr faktorinq əməliyyatını aparmaqdan imtina edirlər: müştəri çox zəif ödəmə və kredit qabiliyyətliliyinə malik olduqda; müştəri sabit istehsal fəaliyyətinə malik olmadıqda; müştəri çoxlu sayda kiçik debitorlara və ya böyük məbləğdə vaxtı keçmiş debitor borclarına malik olduqda; müştəri faktorinq predmeti kimifiziki şəxslərin və ya büdcənin borclarına təqdim etdikdə;müştəri tələbata uyğun olmayan məhsul satdıqda; müştəri təsərrüfat fəaliyyətində problemlər yaradan əlaqələr yaratdıqda və s. Bütün bu hallarda faktorinq əməliyyatları üzrə risk çox yüksək olduğundan onun icrasından imtina edilir. Bu hallada həta ən yüksək komission mükafatları və ödəmələr itkiləri ödəyə bilməz.

– faktorinqin həyata keçirilməsi üçün müqavilə hazırlanır. Müqavilənin məzmunu onun formasından irəli gəlir. Müştəri ilə qarşılıqlı razılaşmanı əks etdirən bu sənəddə faktorinqinforması, faktorinq sövdələşməsinin məqsədi, onun müddəti, müqavilə predmeti olan borc öhdəliklərinin forması, faktorinq ödəmələrinin ölçüləri (faizləri), tərəflərin hüquq və öhdəlikləri, müqavilə pozulduğu hallarda edilən cərimələr bu və ya digər səbəbdən müqavilənin dayandırılması şərtləri.

Faktorinq əməliyyatları həyata keçirilərkən kredit resursları aşağıdakı mərhələləri keçərək hərəkətdə olur:

1-ci mərhələ:

a) satış üçün məhsul malalana göndərilir;

b) sifariş olunmuş işlər yerinə yetirilir;

c) xidmətlər göstərilir.

2-ci mərhələ: ödəyicilərin borc öhdəliklərinin faktorinq təşkilatına, yəni faktorinq şöbələrinə və ya faktorinq şirkətlərinə satışı.

3-cü mərhələ: müqavilədə müəyyən edilmiş müddətdə borc öhdəliklərinin ödənilməsi şəklində kreditin alınması.

4-cü mərhələ: müştəriyə verilmiş kreditlərin öhdəliklərinin ödənilməsi vasitəsilə ödəyicilər tərəfindən ödənilməsi.

Dünya təcrübəsindən faktorinqin aşağıdakı formaları mövcuddur:

– konvensiya faktorinqi;

– konfidensial faktorinq;

– “sakit” faktorinq;

– ixrac faktorinqi.

Tərəflər arasında tam xidmət haqqında razılaşma olduğu halda göstərilən xidmətlər kompleks xarakter daşıyır. Belə kompleks xidmətlər adətən, yaxından tanınan, daimi müştərilərə göstərilir. Kompleks xidmətlər özündə aşağıdakı mühüm əməliyyatları birləşdirir: müştəri – malgöndərənin almalı olduğu debitor borclarının alıcılar tərəfindən ödənilməsi riskindən müdafiə olunması, satılmış məhsulun və debitor borcu vəziyyətinin uçotunun təşkili, malgöndərənlərə pul vəsaitlərinin daxil olmasının, alıcıların borc öhdəliklərinin əvvəlcədən ödənilməsi hesabına təmin edilməsi.

Adətən əvvəlcədən ödənişlər müqavilədə nəzərdə tutulan hallarda və şərtlərlə icra olunur. Əvvəlcədən ödənişlər borc öhdəliklərinin tam məbləğindəçox nadir hallarda həyata keçirilir. Çünki, bu halda faktorinq təşkilatının almalı olduğu komisyon mükafatların ödənişi gecikdirilə bilər. Ona görə də adətən əvvəlcədən ödənişlərin həcmi öhdəliklərin 80%-i həcmində müəyyən olunur.

Dünya təcrübəsində, müştəri və faktorinq təşkilatı arasında bağlanmış müqavilə barəsində digər kənar şəxslərinməlumatlandırılması səviyyəsinə görə faktorinqin açıq və qapalı formaları mövcuddur.

Faktorinqin açıq forması. Bu forma ona görə belə adlandırılır ki, faktorinq əməliyyatlarında iştirak edən müştərininkontragentləri faktorinq əməliyyatları barədə məlumatlandırırılar. Onlara çatdırılır ki, hansı tarixdən müştərinin hüququi vərəsəsi rolunu hansı faktorinq təşkilatı (bankın faktorinq şöbəsi və ya faktorinq şirkəti) oynayır. Faktorinq təşkilatı üçün bankda xüsusi hesab açılır. Açıq faktorinq şəraitində müştəri borc öhdəliklərinin müqavilədə nəzərdə tutulmuş məbləği qədər kredit alır və onu faktorinq təşkilatının hesabına ödəyir. Analoji olaraq faktorinq təşkilatı həmin vəsaitləri öz təyinatı üzrə istiqamətləndirir. Faktorinqin qapalı forması. Bu forma ona görə belə adlandırılır ki, bu faktorinq əməliyaytının keçirilməsi barədə başqa heç kimə məlumat verilmir. Bu barədə məlumatayalnız faktorinq müəssisəsi və müştəri malik olur. Bu əməliyyat zamanı pul vəsaitləri ödəyicilər tərəfindən adi ödəmələrdə olduğu kimi malgöndərən müştərinin hesabına daxil olur. Həmin müştəri isə vəsaitləri ona komisyonmükafatları əlavə etməklə faktorinq təşkilatının hesabına köçürür. Faktorinqin qapalı forması tətbiq edildiyi halda bu əməliyyat nəticəsində verilmiş kreditin ödənməsi prosesi bir qədər gecikir. Belə olduqda cari əməliyyatları yerinə yetirmək üçün faktorinq təşkilatı ılavə resurslara ehtiyac duyur, əlavə vəsaitlər cəlb etməyə məcbur olur. Bundan başqa, ödəmələr riski yülsəlir. Çünki hesablaşma hesabına vəsaitlərin daxil olduğu müştəriyə digər orqanlar, məsələn, vergi, pensiya fondu və müxtəlif kreditorlar tərəfindən iddialar irəli sürülə bilər. Qeyd olunan amillər faktorinqin dəyərini yüksəldir, riskləri artırır.

Dünya təcrübəsindən məlum olduğu kimi, ödəmələr riskinin səviyyəsindən asılı olaraq faktorinqin iki forması mövcuddur:

1. reqress (geri dönmə, qayıtma) hüququ ilə;

2. reqress hüququ olmadan.

Reqress hüququ ilə faktorinq əməliyyatlarının mahiyyəti ondan ibarətdir ki, faktorinq təşkilatı, səbəbindən asılı olmayaraq ödəyicinin ödəmələrdən imtina etdiyi halda, müştəridən alınmış borc öhdəliklərinniona qaytarmaq hüququ vardır. Bu halda ödəmələr riski və kreditin qaytarılması öhdəliklərimüştəriyə keçir. Reqress hüququna uyğun olaraq müştəri, borc öhdəliklərinin satışı zamanı faktorinq təşkilatının ödədiyi məbləği ona qaytarmalıdır. Qeyd etmək lazımdır ki, bu halda komisyon mükafatlar müştəriyə qaytarılmır.

Reqress hüququ olmadan faktorinq əməmliyyatlarının mahiyyəti ondan ibarətdir ki, ödəyicilər tərəfindən yarana biləcək ödəmələr riskini faktorinq təşkilatı bütövlükdə öz üzərinə götürür. Lakin qeyd etmək lazımdır ki, belə öhdəliyin qəbul olunması o zaman mümkündür ki, bu hal əvvəlcədənaparılan təhlillər zamanı baxılmış olsun və qarşılıqlı razılaşma əsasında müqviləyə daxil olsun. Faktorinqin bu forması tətbiq edilərkən faktorinq təşkilatının məsrəfləri təkcə əvvəlcədənödənilmiş borc öhdəliklərinin məbləği ilə məhdudlaşmır. Çünki bu məbləğə təşkilatın maraqlarının müdafiəsi məqsədilə çəkilən əlavə xərclər və həmçinin kreditin ödənilməsinin gecikdirilməsi ilə bağlı ititrlmiş mənfəət də əlavə edilir. Buna görə də faktorinqin bu forması bəzi hallarda səmərəsiz bir forma hesab edilir. Məhz bu səbəbdən faktorinq təşkilatları öz fəaliyyətlərində reqress üsulu ilə əməliyyatlara daha çox üstünlük verirlər.

Faktorinq sövdələşməsində iştirakçılardan biri, məsələn malgöndərən ixracatçının ödəyicisi xarici ölkədə olduqda və ya əksinə, faktorinq əməliyyatı beynəlxalq xarakter alır. Faktorinqin bu formasında faktorinq təşkilatının fəaliyyətində əlavə olaraq valyuta riski və köçürmə riski yarana bilər. Valyuta riski mübadilə kursunun dəyişilməsi səmərəsizbir səviyyəy enməsi ilə, köçürmə riski isə valyuta ödəmələrində çətinliklərin yaranması ilə bağlı olaraq yaranır.

Dünya təcrübəsi göstərir ki, faktorinq əməliyyatlarının səmərəli olması, itkilərə, zərərlərə yol verilməməsi və əməliyyatların müqavilədə nəzərdə tutulduğu vaxtlarda və şərtlərlə yerinə yetirilməsi üçün hər bir müştəri ilə bağlı olaraq aşağıdakılara müləq diqqət yetirilməlidir: a) Müştərinin və onun kontragentlərinin maliyyə vəziyyətlərinin ilkin təhlili. Bunun üçün müştərinin mühasibat balansı və hesabatı əsasında onun kredit və ödəmə qabiliyyətliliyi təhlil edilməlidir. Bundan başqa, müştərinin kontragentlərinin ödəmə qabiliyyətliliyi, istehsal olunan məhsulun, görülən işin, göstərilən xidmətin keyfiyyyəti və rəqabətə davamlılığı, təşkilatın istehsal dinamikası, rentabellik səviyyəsi, mənfəətin həddi, müəssisənin malik olduğu xüsusi və cəlb edilmiş vəsaitlərinin ölçüləri və mənbələri müəssisəninmalik olduğu debitor və kreditor borcları təhlil olunmalıdır.

b) Müştəri tərəfindən təqdim olunan borc öhdəliklərinin həcmi və quruluşu təhlil edilməlidir. Bu təhlilin əsasında müştərilərinin ödəyicilərinin sayı və onun borc dövriyyəsindəonların hər birinin payı müəyyən edilməlidir. Həmçinin faktorinq əməliyyatlarında nəzərə alınmayan borc məbləğləri, məhsul istehsalı və satışında baş verən mövsümi, müvəqqəti kənarlaşmalar, borclu kontragentlərlə olan münasibətlər, ödəmələr üzrə mövcu problemlər və s. nəzərdən keçirilməlidir.

c) Alınmış borc öhdəlikləri əsasında kreditləşmə limitinin müəyyən edilməsi. Bu müştərinin vəsaitlərini dövriyyəsi şərtlərindən və şəraitindən, riskin səviyyəsindən, ssudanın ödənilməsi müddətlərindən, faktorinqin tipindən və s. amillərdən asılıdır. Bunlardan əlavə, faktorinq əməliyyatlarında kreditləşmə limitinin müəyyən edilməsinin əsas göstəricilərindən biri əvvəlcədən ödəmənin müəyyənləşmiş həddidir.

d) faktorinq üzrə ödəmələrin hesablanmasının müəyyən edilməsi. Bu ödəmələr bir çox göstəricələrdən asılıdır. Hər bir göstəriciyə isə çoxlu sayda amillər təsir edir. Ona görə də qeyd olunanlar nəzərdən keçirilməlidir. Faktorinq ödəmələrinin əsasını komisyon mükafatlar təşkil edir.

Faktorinq üzrə komisyon mükafatlara idarəetmə xərcləri və uçot (kredit) xərcləri aiddir.

İdarəetmə xərcləri müştərinin illik dövriyyə həcmindən faizlərlə ayırmalar vasitəsilə qarşılıqlı razılaşma ilə müəyyən edilir. Uçot xərclərinə isə qısamüddətli əməliyyatlar üzrə ssuda faizləri və həmçinin risk və digər xərclər üzrə kompensasiyalara görə əlavə faizlər aid edilir.

İdarəetmə xərclərininformaıaşmasına aşağıdakı amillər təsir edir: istehsalın strukturu və həcmi, alıcıların ödəmə qabiliyyətliliyi, bank və əmtəə bazarında vəziyyət – tələb və təklifin nisbət səviyyəsi, faktorinqin tərkibi.

Uçot xərclərinə isə aşağıdakı amillər təsir edir:müştərinin kredit qabiliyyətliliyi, müəyyənedilmiş faiz dərəcələrinin səviyyəsi, məcmu riskin səviyyəsi, kreditin ödəmə şərtləri və müddətləri.

Göründüyü kimi komisyon mükafatların formalaşmasına təsir edən amillər müxtəlif əlamətlərə malikdirlər, ona görə də buamillər kompleks şəkildə nəzərdən keçirilməlidir.

e) Faktorinq müqviləsinin bağlanması. Bu sənəddə tərəflər arasında qarşılıqlı razılaşma şərtlərindən əlavəfaktorinq əməliyyatının uğurla başa çatdırılması üçün vacib olan tərəflərinməsuliyyəti əks etdirilir. Müqavilə məsuliyyətinə əsasən müştəri mütəmadi olaraq faktorinq təşkilatına alıcıların maliyyəvəziyyəti, vəsaitlərin dövretmə göstəriciləri, debitor və kreditor borcların həcmi barədə məlumat verməli, müqavilədənəzərdə tutulan vaxtlarda, müddətlərdə komisyon mükafatları ödəməlidir.

Müqaviləyə əsasən faktorinq təşkilatı müəyyən edilmiş müddətlərdə alınmış borc öhdəliklər iləbağlı bütün ödəmələri həyata keçirməlidir.

Qeyd olunanların vaxtında icra edilməsi faktorinq əməliyyatının nəticəsini şərtləndirir. Ona görə də faktorinq müqaviləsinin bağlanması və ona nəzarət olunması vacib atributdur.

f) Tərəflərin faktorinq əməliyyatlarının yerinə yetirilməsi haqqında məlumat – təhlil materialları ilə təmin edilməsi.

Faktorinq təşkilatı faktorinq müqaviləsi əsasında müştərinin ödəmə əməliyyatlarının uçotunu aparır, mütəmadi olaraqborcların vəziyyəti, onların yaranma səbəbləri, həcminin azaldılması imkanalrı, ödəmə dövriyyəsi və s. barədə müştəriyə məlumat verir. Bu göstərilənlər faktorinq əməliyyatlarını daimi olaraq nəzarətdə saxlamağa və onu müvəffəqiyyətlə başa çatdırmağa xidmət edir.