Have a Question?
Growth hacking (ing. qrou hakinq – “artımı qırma”) – şirkətə sürətli böyüməni təmin edə biləcək yeni fürsətlərin, o cümlədən inqilabçı insanların axtarışından ibarət olan tanıtım və marketinq yanaşmasıdır.
“Growth hacking” konsepsiyası sürətli öyrənməyə, mümkün qədər çox fərziyyəni sınaqdan keçirməyə və davamlı təkmilləşdirməyə yönəlir. Məhsulun və biznesin sürətli böyüməsinə kömək edən və daimi təcrübəyə əsaslanan istənilən mexanizm və hərəkətlərə qrou hakinq deyilir.
“Growth hacking” – marketinq tapşırıqlarını yerinə yetirən İT-həllərin ön plana çıxdığı bir oyundur: müştəri sayını bir milyona necə çatdırmaq, əldə saxlamaq və ya gedənləri qaytarmaq olar.
Artım hakkerləri kimlərdir?
Qrou-hakkerlər və ya artım hakkerləri – məhsulun imkanlarını təhlil edən, onların böyümə nöqtələrini axtarıb tapan, səmərəsiz üsulları sınaqdan keçirən və ümumi siyahıdan silən mütəxəssislərdir. Artım hakkerləri yaradıcı irəliləyişlərə nail olmaq və ənənəvi reklamçılardan qabağa düşmək üçün hər gün böyük həcmdə rutin iş görürlər.
Hakkerlər adətən bir və ya daha çox marketinq alətinə sahib olurlar. Onlar həmişə yeni üsulları sınaqdan keçirirlər.
Dünyanın ən çox tanınmış qrou-hakkeri Şon Ellisdir. “Growth hacking” terminini də ilk dəfə məhz o səsləndirmişdir. Şon uzun müddət “Dropbox”da işləmişdir və şirkəti inkişaf etdirmək üçün qeyri-standart yanaşmadan istifadə edirdi.
Growth-mitinqlər necə həyata keçirilir
Müəyyən bir vaxtda (bir və ya iki həftədə bir dəfə) komanda toplaşır və gələcək planları müzakirə edir. Şərti olaraq, artım hakkerlərinin görüşü dörd mərhələdən ibarətdir: ortaya qoyulmuş fərziyyələr nəzərdən keçirilir, səhvlər müzakirə olunur, yeni konsepsiyalar yaradılır, sınanacaq variantlar seçilir.