12 C
Baku
Saturday, November 23, 2024

“Holland sindromu” nədir?

0

Have a Question?

“Holland sindromu” (və ya Qroningen effekti) – iqtisadiyyatın hasilat sektorunda baş verən bum nəticəsində milli valyutanın möhkəmlənməsinin ölkənin ümumi iqtisadi inkişafına mənfi təsiridir.

Daha sadə desək, əgər ölkə çoxlu xammal ixrac edirsə, milli valyutanın məzənnəsi möhkəmlənir, lakin bu, firavanlıq əvəzinə iqtisadi tənəzzülə gətirib çıxarır. “Holland sindromu” termini ilk dəfə 1977-ci ildə “The Economist” nəşrində istifadə edilmişdir. Məqalədə Hollandiyada təbii qaz hasilatının artımı ilə ölkədə sənaye istehsalının azalması arasındakı əlaqədən bəhs olunmuşdur.

Bu necə baş verdi? Qroningen əyalətində böyük qaz yatağı aşkar edildi. Onu inkişaf etdirilməsinə və qazın ixracına başlanıldı. Nəticədə ölkəyə valyuta axdı, bunun sayəsində milli valyuta gücləndi.

Əhalinin bir qisminin gəliri artdı. Əlavə tələb yarandı. Bunun ardınca inflyasiya və idxalın artması müşahidə olundu. Xarici mallar əhali üçün daha əlçatan oldu. Yerli sənaye isə mal sata bilmirdi.

Sənaye sektorunda işsizlik artdı. Ölkədə əhalinin vəziyyəti və qaz hasilatı ilə əlaqəli olmayan bizneslər müflis oldu. İnvestisiyalar və əmək qüvvəsi də hasilat sənayesinə axdı. İstehsal resursları məhdud olduğu üçün sahədə durğunluq yarandı.

O vaxtdan bəri “Holland sindromu” dedikdə, ölkələrin “resurs lənəti” və ya iqtisadiyyatın hipertrofiyası nəzərdə tutulur.

Nüanslar

Bu fenomeni tədqiq edən elm adamları arasında 1982-ci ildə üç sektorlu model təklif edən Varner Maks Korden və Piter Niri var:

– ölkələr arasında danışması mümkün olmayan qeyri-ticari mal və xidmətlər sektoru;

– sürətlə inkişaf edən ticarət olunan mallar sektoru (adətən müxtəlif növ xammal);

– inkişaf etməyən ticarət olunan mallar sektoru (ixrac və idxal üçün mövcud olan istehsal məhsulları).

“Holland sindromu” zamanı xammal sektoru sürətlə inkişaf edir və əmək resurslarını tükəndirir. İstehlak artır, qeyri-ticari mallara və xidmətlərə tələbat yüksəlir, qiymətlər qalxır. Sonra insanlar təkcə xammal hasilatı deyil, həm də xidmət sektoruna axır. Nəticədə ölkənin sənaye inkişafı dünya üzrə xeyli geriləyir.

Fakt

“Holland sindromu” ilə mübarizə yollarından biri stabilləşmə fondlarının yaradımasıdır.