Have a Question?
İnkasso – vəkalət verən şəxsdən (ixracatçıdan) maliyyə və ticarət sənədləri ilə birlikdə alınan təlimatlar əsasında ödəməni və/yaxud aksepti qəbul etmək və ya ödəmə və/yaxud aksept qarşılığında sənədləri təhvil vermək, yaxud sənədləri digər şərtlərə uyğun olaraq təhvil vermək məqsədilə bank tərəfindən yerinə yetirilən əməliyyat növüdür.
Akkreditivlə müqayisədə inkasso daha az xərc tələb etsə də, daha az etibarlı sənədli əməliyyat növüdür.
İnkasso iki növə bölünür: xalis və sənədli.
Xalis inkasso – çeklər, veksellər və s. sənədlərdən istifadəni nəzərdə tutur (yəni kommersiya sənədləri istifadə olunmur).
Sənədli inkasso – çatdırılma faktını təsdiqləyən kommersiya sənədlərinin istifadəsini nəzərdə tutur: hesablar, sığorta şəhadətnamələri, nəqliyyat sənədləri.
Beynəlxalq təcrübədə sənədli inkasso ixracatçıdan idxalçıya sənədləri təhvil etmək tələb olunduğu zaman bankın vasitəçi əməliyyatı kimi istifadə olunur.
Akkreditlərdən fərqli olaraq satıcı və alıcı arasında etibarlı münasibətlər qurulduğu və ödəmə qabiliyyəti şübhə doğurmayan hallarda istifadə olunur.
İnkasso hesablaşma əməliyyatları Beynəlxalq Ticarət Palatasının unifikasiya edilmiş qaydaları ilə tənzimlənir.