14 C
Baku
Sunday, November 24, 2024

İnternet-treydinq nədir?

0

Have a Question?

İnternet-treydinq – investorlara İnternet vasitəsilə qiymətli kağızlar və ya valyuta ilə əməliyyatlar həyata keçirmək imkanını verən sistemdir.

İlk dəfə intrenet-treydinq 1971-ci ildə Amerikanın Nasdaq birjası tərəfindən istifadə edilmişdir. Bundan əvvəl satıcı və ya alıcı ilə münasibət telefonla qurulurdu.

Bu gün saytların əksəriyyəti elektron ticarət əməliyyatları, o cümlədən internet-treydinq sistemindən istifadə edir.
İnternet-treydinq xidmətindən istifadə etmək üçün fond bazarının incəliklərini bilmək lazımdır, çünki bu sistem bazarın peşəkar iştirakçılarından məsləhət almaq funksiyasını nəzərdə tutmur.
Onlayn ticarət üçün istifadə olunan internet-treydinqin iki növü var.

Birincisi, bunlar brauzerdə işləyən veb-tətbiqlərdir və bu cür proqramlar heç bir quraşdırma tələb etmir.


İkincisi, kompüterə quraşdırılan xüsusi proqramlar mövcuddur. Bunlar vasitəçi şirkətlərinin özlərinin təklif etdiyi həllərdir, məsələn, “Quick”, “NetInvesor”, “MetaTrader” və s.