15 C
Baku
Sunday, November 24, 2024

Korporativ kart nədir?

0

Have a Question?

Korporativ kart – hüquqi şəxsin hesabına bağlı olan bank kartıdır. Şirkətin əsas fəaliyyəti ilə əlaqəli olan və olmayan xərcləri qarşılamaq üçün nəzərdə tutulub. Korporativ kart əmək haqqı və sosial ödənişlər üçün istifadə edilə bilməz, debet və kredit növlərinə bölünür.
Korporativ kart almaq üçün hüquqi şəxs bankla bu kartların buraxılmasına dair müqavilə bağlamalıdır. Əsas müqaviləyə işçilərin ərizəsi və şirkətin etibarnaməsi əlavə olunur.


Korporativ kartlardan istifadənin üstünlükləri:

– əməliyyat xərclərinin və hesabat məbləğlərinin verilməsi vaxtının azaldılması;

– ezamiyyətlər üçün xarici valyuta almağa və ya valyuta hesabı açmağa ehtiyac yoxdur;

– şirkətin xərclərinin idarə edilməsi və onlara nəzarət;

– İnternet vasitəsi ilə alış-veriş etmək imkanı;

– bütün korporativ kartları bir hesaba bağlamaq imkanı;

– pulun itirilməsi və ya oğurlanması riskinin azalması;

– çek dəftərinin daha əlverişli alternativi;


Bundan əlavə, kartın növündən və bank proqramından asılı olaraq, korporativ kartlarda müəyyən güzəştlər və üstünlüklər mövcuddur.