14 C
Baku
Sunday, November 24, 2024

Lidogenerasiya nədir?

0

Have a Question?

Lidogenerasiya – potensial müştərilərin əlaqə məlumatlarının toplanması prosesidir.

Marketinqdə “lid” dedikdə, aşağıdakılar başa düşülür:

– əlaqə məlumatlarını qoyan potensial müştəri;

– onun faktiki məlumatları. Bu, saytda qeydiyyat, abunə, anket,  messencerdə müraciət və s. ola bilər.

Lidogenerasiyanın əsas məqsədi – əlaqə məlumatlarını qoymuş insanlardan mümkün qədər böyük auditoriya formalaşdırmaqdır.

Nüanslar

Lidogenerasiyanın metodları lidlərin növündən asılıdır:

– soyuq (heç nə almağa hazır deyillər);

– mülayim (əlaqə yaradırlar, məhsul haqqında təfərrüatları soruşurlar;

– isti (pul ödəməyə hazırdırlar).

Qeyd edək ki, saytın “soyuq” ziyarətçilərini e-mail vasitəsilə “qızdırmaq” mümkündür. Çox vaxt əlaqə məlumatlarını qoyan müştərilərə mükafatlar da verilir – bonus, əlavə endirim, pulsuz xidmət və s.

Fikir

Lidogenerasiyanın hansı kanalları daha effektivdir?

Əgər söhbət onlayn metodlardan gedirsə:

  1. Sosial şəbəkələrdə target reklam.
  2. Axtarış sistemlərində kontekst reklam.

Əgər lidlərin formalaşma üsullarından danışılırsa:

  1. Pulsuz onlayn tədbirlər (vebinarlar, görüşlər, konfranslar).
  2. Kuizlər, testlər.
  3. Pulsuz informasiya məhsulu (mini-kurs, çek-list).

Bəzi mütəxəssislərə görə, lidogenerasiyanın ən effektiv və aktual metodu lid-formaların onlayn reklamıdır. Bu cür formalar bannerlərə bənzəyir, maarifləndirmə məqsədini daşıyır və əməliyyatda maraqlı olan istifadəçilərin kontaktlarını toplamağa imkan verir.

Lid-formalar formatı o qədər maraqlıdır ki, demək olar ki, bütün reklam platformaları ondan istifadə edir – “Facebook”, “VKontakte, “Google”, “TikTok” və s.

Lidlərin toplanmasının digər məşhur üsulu lid maqnitidir. Bu, potensial müştərini veb-sayta, açılış səhifəsinə və ya sosial şəbəkəyə cəlb edən xüsusi təklifdir. Lid maqniti müştəridən hədiyyə (endirim, faydalı materiallar, çek-listlər, tədqiqatlar haqqında hesabatlar, pulsuz xidmətlər və ya mütəxəssis məsləhəti) müqabilində əlaqə məlumatlarının mübadiləsini tələb edir.

2021-ci ildə hər bir reklamçı üçün ayrıca lidogenerasiya mənbələrindən danışsaq, sosial şəbəkələri (məhsuldan asılı olaraq), elektron poçt marketinqi və “Telegram”dakı qrupları fərqləndirmək olar.

Lakin başa düşmək vacibdir ki, hər bir yeni trafik kanalı yeni nəsil trendə çevrilə bilər. Məsələn, keçən ol “TikTok” və “Dzen” populyarlaşdı. Eyni zamanda bu kanallar hər biznesə uyğun gəlmədiyini vurğulamaq lazımdır.