26 C
Baku
Saturday, July 27, 2024

Məxfi söz nədir?

0

Məxfi söz nədir?

Plastik kartın (bank kartının) həqiqətən sizə aid olduğunu təsbit etmək üçün kartın nömrəsi və məxfi sözü istənilir.
Bu zaman müştərilərdə çaşqınlıq yaranır, onlar “məxfi söz”ün CVV kod və ya PIN kod olduğunu düşünürlər.
Məxfi söz “CVV” və ya “PIN” kod deyil. Bu sizin bankdan kartı təhvil alarkən onlara vermiş olduğunuz kod sözdür. Bəzən müştərilər “məxfi sözə” sadəcə prosedur gərəyi kimi baxır və asanlıqla unuda biləcəkləri bir söz və ya rəqəm kombinasiyası verirlər.
Kod söz seçərkən diqqətli olun, sizin üçün əhəmiyyətli olan və yadınızdan çıxmayacaq sözə üstünlük verin.