11 C
Baku
Monday, November 25, 2024

Mentor kimdir?

0

Have a Question?

Mentor – müəyyən bir sahədə geniş həyat təcrübəsi və məlumatı olan bir şəxsdir. Bir qayda olaraq, bu, ondan məsləhət almaq istəyən sahibkardan daha uzun yol keçmiş bir insandır.

Təbii ki, təcrübəsiz sahibkarlar qarşılaşa biləcəkləri tələlərin hamısının fərqində olmaya bilərlər. Mentor artıq bu yolu keçib, vəziyyətə “yuxarıdan” baxır və müəyyən məsləhətlər verə bilir.

Mentor dəqiq tövsiyələr vermir və, əlbəttə ki, sahibkarın yerinə bütün problemləri həll edə bilmir.

Təkcə gənc startapçılar deyil, bəzən uzun müddət bizneslə məşğul olan, lakin inkişaf etməyi dayandırdığını başa düşən təcrübəli sahibkarlar da mentora müraciət edirlər.

İstifadə səhvləri

Mentorları biznes təlimçiləri və kouçlarla qarışdırmaq olmaz. Əgər kouçlar insanın daxili potensialını inkişaf etdirirlərsə, mentor şagirdin suallarını cavablandırır, ona yol göstərir. Mentorun əsas vəzifəsi sahibkarın vaxtına və puluna qənaət etməkdir.

Mentorluğa aid daha bir anyayış da var – edvayzer (edvisor). Bir qayda olaraq, edvayzer şirkətdə rəsmi statusa malikdir. Mentor isə şirkətə deyil, kömək etdiyi sahibkarla əlaqəlidir. Bu korporativ deyil, şəxsi roldur.

Fakt

İngilis dilində müəllimə mentor (mentor), ondan məsləhət alan şəxsə menti (mentee), mentorluq prosesinə isə mentorinq (mentoring və ya mentorship) deyirlər.

Tarix

Mentorluq qədim dövrlərdən bəri mövcuddur. Məsələn, Sokrat Platonun, Platon Aristotelin, Aristotel isə Makedoniyalı İsgəndərin mentoru olub.