Have a Question?
Gizlilik razılaşması – (Non-disclosure agreement, NDA) – gizli məlumatların sızmasının qarşısını alan müqavilədir.
Ümumilikdə, NDA-nın üç növü var (iştirakçıların sayına görə):
1. Birtərəfli – iki tərəf arasında və tərəflərdən birinin təqdim etdiyi məlumatları qorumaq istəməsi səbəbindən bağlanır. Bu tip NDA-nın ən çox yayılmış nümunələri əmək münasibətlərində rast gəlinir. Şirkət işçidən kommersiya məlumatlarının açıqlanmamasına dair sənədləri imzalamağı tələb edir.
2. İkitərəfli – bu halda iki tərəf bir-birinə məlumat ötürür və onun üçüncü tərəfə sızmasının qarşısını almağa çalışır. Bu tip NDA ın çox birləşmək və ya birgə layihələr üzərində işləmək istəyən şirkətlər arasında bağlanır.
3. Çoxtərəfli – bu tip müqavilələrin imzalanmasında üç və ya daha çox tərəf iştirak edir. Bu, çoxsaylı ikitərəfli sazişlərə olan ehtiyacı aradan qaldırır.
Nüanslar
NDA razılaşmasını bağlamaq istəyən işəgötürən aşağıdakıları etməlidir:
– kommersiya sirrini təşkil edən məlumatların siyahısını müəyyənləşdirmək, onu daxili sənədlə təsdiq etmək və işçilərə tanıtmaq;
– siyahıya girişi məhdudlaşdırmaq;
– məxfi məlumatlara çıxışı olan şəxslərin qeydiyyatını aparmaq;
– işçilər və podratçılar ilə bu cür məlumatların istifadəsi ilə bağlı münasibətləri tənzimləmək.