13 C
Baku
Friday, November 22, 2024

Ofşor nədir?

0

Have a Question?

Ofşor (ing. offshore) – biznesə xüsusi vergi şərtləri və həqiqi sahibi gizlətmək imkanı verən ərazidir.

Ofşor ərazilərdə işləməyin əsas məqsədi vergi ödəmələrini azaltmaqdır. Lakin bu, yeganə səbəb deyil. Məsələn, əgər öz ölkəndə biznes qurmaq təhlükəlidirsə, vəsaitləri ofşor hüquqi şəxsin adına köçürmək mümkündür – bu, şirkəti qorumağa kömək edəcək.

Ofşorlar qeyri-qanuni sxemləri həyata keçirmək, o cümlədən çirkli pulları yumaq üçün də istifadə edilir.

Niyə ofşor ərazilər üçün bu sərfəlidir? Çox vaxt qanuni tələblərə görə, xarici şirkət ofşorda qeydiyyatdan keçə bilmir – bu, yerli hüquq firmaları vasitəsilə həyata keçirilir.

Nüanslar

İlk ofşor zonalar 1960-cı illərdə yaranıb. Onların sayı durmadan artır. 2021-ci ilə qədər dünyada 40-a yaxın ofşor şirkəti olub.

Ofşor regionlara Karib hövzəsi (Virgin adaları, Panama, Baham adaları, Kayman adaları, Beliz, Barbados, Antiqua, Bermud) və Qərbi Avropa (Kipr, Lüksemburq, Malta, İrlandiya, Normand adaları tərkibindəki Cersi və Hernsi) aid olunur.

Bu və ya digər ərazinin “ofşorluğu” bir sıra amillərdən, məsələn, beynəlxalq arenada yurisdiksiyanın dərketmə səviyyəsi, vergi şərtləri və s. asılıdır. Klassik ofşorlara Bermud, Marşall və Virgin adaları aiddir. Bu ərazilərdə qeydiyyat proseduru çox sadədir, korporativ vergilər isə aşağıdır.

“Midşorlara” (ing. mid-shore) Honkonq və Sinqapur, o cümlədən Cənubi Asiyadakı iri maliyyə mərkəzləri aiddir. Burada fiskal yük yüngülləşdirilsə də, istisna edilmir. Bununla belə, əlverişli vergi rejimi və beynəlxalq maliyyə sisteminə çıxış bu mənfi cəhətləri kompensasiya edir.

“Onşorlar” (ing. onshore) – iqtisadiyyatı inkişaf etmiş, güzəştli vergi şərtlərinin olmadığı, lakin müəyyən biznes formaları üçün istisnalara yol verildiyi dövlətlərdir. Bunlara Hollandiya, ABŞ, Latviya aiddir.

Fakt

Dünyada ofşor şirkətlərin sənədlərinin internetə sızması ilə bağlı bir neçə səs-küylü qalmaqal yaşanıb. Məsələn, 2016-cı ildə Panamanın “Mossack Fonseca” şirkətinin fəaliyyəti ilə bağlı 11.5 milyon sənəd dərc edilib. Məlumat sızması səbəbindən başladılan araşdırma nəticəsində bir sıra iş adamı və siyasətçinin fəaliyyətinin qanunsuz olduğu ortaya çıxıb.