Have a Question?
Overdraft limiti – overdraft kreditləşməsinin məbləğidir. Başqa sözlə desək, müştərinin bank ilə razılaşdırdığı mənfi məbləğdir. Overdraftın həcmi son üç aydakı cari hesaba daxilolmaların miqdarından və müştərinin maliyyə vəziyyətindən, habelə seçilmiş overdraft kreditinin növündən asılıdır.
Overdraft limitinin hesablanması bu düstür ilə aparılır: L=B*P
Burada L – overdraft limtinin həcmi; P – overdraft limitinin faizi (bank ilə razılaşdırılır); B – ötən rüb üzrə orta aylıq gəlir və ya müştərinin cari hesabına aylıq daxilolmalar.
Qeyd edək ki, hər bir bankda overdraft limiti fərqli qaydada hesablana bilər. Lakin buna baxmayaraq, hesablamanın ümumi prinsipi qorunub saxlanılır. Adətən overdraft limiti hər ay yenidən hesablanır, çünmi aydan aya müştərinin gəlir səviyyəsi, sahib olduğu təsərrüfat obyektlərinin sayı və s. faktorlar dəyişə bilər.