Have a Question?
“Overqualified” (ing. “ultrapeşəkar”) – ixtisası, təcrübəsi və təhsili bu vəzifə üçün tələb olunandan artıq olan şəxsin xarakteristikasıdır.
Təsəvvür edin ki, siz tanınmış şirkətdə top-menecer kimi çalışmışınız, sonra böhran baş verdi, ixtisar olundunuz (başqaları kimi), filiallar bağlandı və ümumilikdə əmək bazarında vakansiyalar azaldı.
Siz daha aşağı vəzifədə və ya daha kiçik şirkətdə işləməyə razısınız (çünki pul qazanmaq lazımdır), lakin olar sizi götürmürlər: karyera gözləntilərinizdən və maliyyə iştahınızdan qorxurlar, tez-tez darıxacağınızı düşünürlər. Təcrübəsi az olan adamı uzun müddət bu vəzifədə qalacağı ümidi ilə götürüb öyrətmək şirkət üçün daha sərfəlidir.
Fikirlər
Lakin “çox ağıllı” işçiləri işə götürməkdən qorxmayan işəgötürənlər də var. Onların fikrincə, təcrübəli və ixtisaslı mütəxəssis layihənin sürətli inkişafına töhfə verə bilər.
“Microsoft” korporasiyasının nümayəndəsi isə ultrapeşəkarlığı müasir dünyada real problem hesab edir:
“Əminəm ki, bu gün insanları yalnız ixtisasına və təcrübəsinə görə qiymətləndirmək kifayət deyil. Daha vacib olan, insanın indi nəyi bildiyi və edə bildiyi deyil, onun yeni şeyləri nə qədər tez öyrənə bilməsi, prinsipcə, yeni bilik və təcrübəni mənimsəməyə qadir olub-olmamasıdır. Namizəd “overqualified” olsa belə, onun keyfiyyətləri dünənin, ən yaxşı halda bu günün göstəricisidir. Amma sabah yox. Sabah isə tələblər mütləq fərqli olacaq”.
Fakt
Kanadada aparılan araşdırma göstərib ki, immiqrantlar (kanadalılardan üç dəfə çox) və humanitar, sosial elmlər sahəsində təhsil almış işçilər, hüquqşünaslar və yaradıcı peşə sahibləri ultrapeşəkarlıqla üzləşirlər.