9 C
Baku
Monday, November 18, 2024

Pul bazarı

0

Have a Question?

Pul bazarı-əsas etibarilə müəssisələrin dövriyyə kapitalının, bankların, dövlətin, ayrı-ayrı hüquqi və fiziki şəxslərin qısamüddətli ehtiyatlarının hərəkətinə xidmət edən, əsasən qısamüddətli (1 gündən 1 ilədək olan müddətdə) depozit-borc əməliyyatlarını həyata keçirən borc kapitalı bazarının hissəsidir. Beynəlxalq valyuta-kredit münasibətlərinin inkişafı ilə əlaqədar olaraq beynəlxalq pul bazarı formalaşdırılmışdır ki, bunun da əsas tərkib hissələrindən biri Avropa bazarıdır. Pul bazarının əməliyyat vasitələri – xəzinə və kommersiya vekselləri, depozit sertifikatları, bank akseptləri və digər hesablaşma vasitələrindən ibarətdir. Kredit mexanizmi vasitəsilə pul bazarında maksimum qısa müddətlərə iri əməliyyatlar həyata keçirilir.