Pul formasında opsion (In the Money) nədir?

    • “Call” opsionunda icra qiyməti cari bazar qiymətlərindən aşağı olan opsiona deyilir.
    • “Put” opsionunda icra qiyməti cari bazar qiymətlərindən yüksək olan opsiona deyilir.

    “In the Money” gəlir gətirməyə bilər. Buna baxmayaraq, o yenə də iqtisadi baxımından sərfəlidir.

    In the Money termininin izahı

    Pul formasında opsion (In-the-Money Option) o deməkdir ki, onun müəyyən dəyəri var və siz onu istənilən vaxtda alıb-sata bilərsiniz. Məsələn, Con ABC səhmində icra qiyməti 12 dollar olan “call” opsionunu alırsa və bir səhmin qiyməti 15 dollardırsa, bu pul formasında opsion (In-the-Money Option) sayılır. Pul formasında opsion vasitəsilə Con 12 dollar qiymətinə qiymətli kağızlar əldə edə və ya səhmləri elə yerindəcə 15 dollara sataraq hər birinin satışından 3 dollar gəlir əldə edə bilər. Əgər Con “call” opsionunu 3 dollara alıbsa, bu halda heç nə qazanmayacaq. Lakin yenə də bu opsion gəlirli hesab olunur.