Have a Question?
Pul tədavülü-1) əmtəələrin dövr etməsinə, həmçinin təsərrüfatda müxtəlif ödəmə və hesablaşmalara xidmət edən pulun hərəkətidir. Pul tədavülü sferasına qeyri-nağd pul dövriyyəsi və nağd pulların tədavülü ilə (“Nağd pul dövriyyəsi”nə bax) hədd qoyulur. Pul tədavülünün çox hissəsi maliyyə əməliyyatlarının (qiymətli kağızların müxtəlif növləri ilə aparılan sövdələşmələr, ssuda əməliyyatları, vergi ödəmələri və s.) payına düşür; 2) istehsal sferası miqyasında pul tədavülü və ya pul dövriyyəsi – təkrar istehsal prosesində pul vasitələrinin hərəkət prosesidir. Fasiləsiz (arasıkəsilmədən) pul tədavülü üçün daima ehtiyatlara, xərclərə, hesablaşmalara və təkrar istehsal dövrəsinin başa çatdırılması üzrə ödəmə vasitələrinə olan müvəqqəti tələbatı ödəməyə avans vermək üçün dövriyyə vasitələri lazımdır.
Pul tədavülünün iki növü mövcuddur. Birincisi, bu, nağd pulların, yəni banknotların və sikkələrin tədavülüdür. Bu halda ödəniş vasitəsi qismində mallar üçün bir subyekt tərəfindən digərinə verilən real pul nişanları çıxış edir. İkincisi, bu, nağdsız pul tədavülüdür. O, bank müəssisələrində müəyyən məbləğin bir subyektin hesabına keçirilməsindən ibarətdir.