11 C
Baku
Tuesday, November 19, 2024

Pul tədavülünün sürəti

0

Have a Question?

Pul tədavülünün sürəti-pul nişanlarının tədavül və tədiyə vasitələri şəklində fəaliyyəti zamanı, onların hərəkətinin intensivlik göstəricisidir. Pul tədavülünün sürəti statistik olaraq, eyni adlı pul vahidlərinin dövriyyələrinin sayı ilə və ya tədavüldəki pul qalıqlarına dövriyyənin nisbəti bazasında hesablanan bir dövriyyənin davamlılığı ilə ifadə olunur. Pul tədavülünün sürəti hesablanarkən, əhalidə olan pul kütləsindən nağd-pul yığımını ayırmaq və əhali əmanətlərindən cari xərclər üçün ayrılan və ona görə də dövriyyədə olan hissəsini nəzərə almaq lazımdır. Nağd pul dövriyyəsinin tam əhatə olunmasından asılı olaraq, pulların bank kassalarına qayıtma sürəti (bank kassalarına qayıdan pul məbləğinin tədavüldə olan pulun orta illik kütləsinə olan nisbəti) və nağd-pul dövriyyəsində pulun sürəti (daxil olan pul məbləğinin verilən nağd pul məbləğinə olan nisbəti, poçtun və əmanət kassaları dövriyyəsinin tədavüldə olan pulun orta illik kütləsinə olan nisbəti daxil olmaqla) fərqləndirilir. Əmtəə dövriyyəsində pul tədavülünün sürəti hesablanarkən, dövriyyədə pul nişanlarının dəyişməsinin ümumi sayı deyil, yalnız əmtəələrin alış-veriş aktlarının xidməti zamanı onların sayı nəzərə alınır. Bu zaman pulların qeyri-əmtəə keçidləri qonşu əmtəə metamorfozalarının arasındakı vaxt dövrünü (belə desək, əvəzçilik səmərəliliyini) uzadır.