Have a Question?
Pul və kvazipul vasitələri-birlik və təşkilatların (o cümlədən büdcə, kredit, sığorta təşkilatlarının) daimi təsərrüfat dövriyyəsində olan, müxtəlif növ gəlir və daxilolmalardan bank hesablarında yığılan və onların öz məqsədləri üçün istifadə etdikləri və ya bank ehtiyatları (resursları) şəklində yerləşdirdikləri pul vasitələridir. Pul vasitələri tamamilə onların sahibinin sərəncamında olur. Bu vəsaitlər hesabına əmtəə və xidmətlərə görə ödəmələr, dövlət büdcəsinə ödəmələr, bankların ssudalarının ödənilməsi, əmək haqlarının, mükafatların və s. verilməsi həyata keçirilir. Pul vəsaitinin bir hissəsi birliyin, müəssisənin, təşkilatın kassasında nağd formada yığılır.
Kvazipullar – qanuni ödəmə vasitəsi hesab edilməyən, ancaq öhdəliyin ödənilməsi üçün istifadə oluna bilən, pula çevrilmə qabiliyyətli aktivlərdir. Beynəlxalq Valyuta Fondunun metodologiyasına əsasən, bu – təcili və əmanət bankı hesablarıdır və bazarda dövriyyə edən, daha çox pula çevrilmə qabiliyyəti olan maliyyə vasitələridir. Müasir şəraitdə kvazipullar – pul kütləsinin əsas komponentdir, onun ən dinamik artan tərkib hissəsidir.