14 C
Baku
Sunday, November 24, 2024

Revalvasiya nədir?

0

Have a Question?

Revalvasiya – hər hansı bir valyutanın digər valyutalara və ya qızıla münasibətdə dəyərinin artmasıdır. Əks proses devalvasiya adlanır.

Revalvasiya iki səbəbdən baş verə bilər:

– revalvasiyanın əsas səbəbi inflyasiya təzyiqinin artmasıdır ki, nəticədə əmtəə və xidmətlərin dəyəri artır;

– idxal payının, xarici kapitalın və xarici ölkələrə investisiyalara ehtiyacın artması;

Beləliklə, valyutanın revalvasiyası, bir qayda olaraq, dövlət iqtisadi siyasətinin maraqlarına cavab vermir. Revalvasiyanın ən parlaq nümunəsi Yaponiya yenidir, hansı ki, 1960-cı illərdən başlayaraq arta-arta gedib. 1998-ci ildə böhran nəticəsində yen üç gündə bir dollar üçün 136 yendən 111 yen səviyyəsinə yüksəldi.

Digər bir nümunə – Çin yuanı. Pul siyasətinin yumşaldılması 2005-ci ildə yuanın dəyəri 2% artdı. 2008-ci ildə yuan məzənnəsi 20%-dan çox artaraq 6,82 yuan səviyyəsinə çatdı.

Qeyd etmək lazımdır ki, revalvasiya və ya devalvasiya prosesi qəflətən baş vermir. Buna işarə edən bir çox əlamətlər var.