9 C
Baku
Tuesday, November 5, 2024

Şəxsi brend nə deməkdir?

0

Have a Question?

Şəxsi brend – bir insanın potensial müştərilər, tərəfdaşlar, işçilər arasında peşəkar və şəxsi nüfuzudur, hansıki onun adının sosial şəbəkələrdə, ictimai çıxışlarda və nəşrlərdə səsləndirilməsi nəticəsində formalaşır.

Daha sadə desək, şəxsi brend – insanların bu və digər adı eşidəndə yaratdığı imicdir. Şəxsi brendi gücləndirməklə sahibkar təcrübəsini, tanınmasını, o cümlədən auditoriyanın sədaqətini artırır. O, bütün bunları yeni müştərilərə və gəlirli müqavilələrə çevirir.

Frilanserlər, müəllimlər, psixoloqlar – başqalarının onlar haqqında dedikləri ilə maraqlanan insanlardır, hansıki şəxsi brendin inkişafı ilə məşğuldurlar. Şəxsi brendini gücləndirməklə mütəxəssis peşəkar cəmiyyətdə inkişaf edir və nəticədə xidmətlərinin qiymətini artırır.

Karyera və işdəki uğurlar müəyyən mənada digər insanların nə düşünməsindən çox asılıdır, ona görə də şəxsi brend onlar üçün də faydalıdır. Beləliklə, şəxsi brend – öz bilik, təcrübə və bacarıqlarını satmaq üçün bir vasitədir.

Tarix

“Şəxsi brend” termini ilk dəfə 1997-ci ildə amerikalı yazıçı və iş adamı Tom Piters tərəfindən işlədilib. O deyib: “Böyük şirkətlər brendlərin əhəmiyyətini başa düşürlər. Bu gün sən brend olmalısan. Biznesdə inkişaf etmək üçün SİZ adlı brendi idarə edən marketinq direktoru olmalısınız”.

Tənqid

Böyük auditoriyanın diqqəti insanı yanılda bilər. Siz nə qədər çox publik olsanız, sosial şəbəkələrdə təmsil etdiyiniz mövqeyə qarşı da bir o qədər diqqətli olmalısınız.