13 C
Baku
Sunday, November 24, 2024

“Şəxsi həyat” anlayışı nədir?

0

Have a Question?

“Şəxsi həyat” elə geniş bir termindir ki, ona dəqiq anlayış vermək mümkün deyil (Nimits Almaniyaya qarşı, § 29; Pretti Birləşmiş Krallığa qarşı, § 61; Pek Birləşmiş Krallığa qarşı, § 57) və bu termin “şəxsin fiziki və sosial identikliyinin çoxsaylı aspektlərini” əhatə edə bilər (S. və Marper Birləşmiş Krallığa qarşı, § 66). Bununla belə, Avropa Konvensiyasının 8-ci maddəsinin məqsədləri üçün Avropa Məhkəməsi özünün presedent hüququ vasitəsilə “şəxsi həyat” termininin mənasına və əhatə dairəsinə aid rəhbər prinsipləri təqdim edib (Paradizo Kampanelli İtaliyaya qarşı, § 159).

“Şəxsi həyat” anlayışı fərdin özünün seçdiyi şəxsi həyatı yaşaya biləcəyi və ətraf aləm üçün qapada biləcəyi “şəxsi qapalı dairə” ilə məhdudlaşmır. Şəxsi həyata hörmət hüququ müəyyən dərəcədə digər insanlarla əlaqələrin qurulması və inkişaf etdirilməsi hüququnu da özündə cəmləşdirir (Fon Hannover Almaniyaya qarşı (№2), § 95; Nimits Almaniyaya qarşı, § 29; Botta İtaliyaya qarşı, § 32). 

Şəxsi həyatın olduqca geniş çeşidli məsələləri əhatə etdiyi nəzərə alınaraq, bu anlayışın əhatə dairəsinə aid olan məsələləri müəyyən təsnifatın olması məqsədi ilə qruplaşdıraraq 3 geniş kateqoriyaya bölmək olar (bəzən onlar üst-üstə düşə bilər): 1) şəxsin fiziki, psixoloji və ya mənəvi toxunulmazlığı; 2) şəxsi həyatın gizli qalmalı olan aspektləri (privatlıq) və 3) şəxsin identikliyi. 

Bu kateqoriyaların hər birinə aid məhkəmə işlərindən nümunələr təqdim ediləcəkdir.