12 C
Baku
Wednesday, December 11, 2024

Sanasiya nədir?

0

Have a Question?

Sanasiya (latın dilindən tərcümədə “sanatio” – müalicə, sağalma mənasını ifadə edir) – müflislik təhlükəsi ilə üzləşmiş müəssisənin maliyyə vəziyyətinin yaxşılaşdırılmasına istiqamətlənmiş kredit tədbirlərindən ibarət sistemdir.

Azərbaycanda sanasiya proseduru ilə Əmanətlərin sığortalanması fondu məşğul olur ki, agentlik ya problemli bank üçün investorlar tapır, yaxud da maliyyə müalicəsini öz gücü və vəsaitləri hesabına həyata keçirir.

Yardıma ehtiyacı olan banka minimal faiz dərəcəsi ilə kredit verilir. Maliyyə təşkilatı isə bu yardımın köməkliyi ilə öz problemlərini həll etməlidir. Qaydalara əsasən, belə bir kredit 15-20 ildən çox olmayan müddətə verilir.

Hansı hallar sanasiya həyata keçirməyə əsas verir?

Qanunvericiliyə əsasən, Əmanətlərin sığortalanması fondu müflislik vəziyyətindən qaçmaq imkanı olduğu halda kredit təşkilatlarının sanasiyasını həyata keçirir.

Bu prosedur yalnız iki halda həyata keçirilə bilər:

– Restrukturizasiyaya ehtiyac duyan bank ölkənin və yaxud hətta bütün regionun iqtisadiyyatının təməlini təşkil edirsə;

– Bank düzgün işlədikdə, likvidliyin çatışmazlığı isə əmanətçilərin həyəcanının nəticəsi olduqda və özlüyündə sistemli deyil, müvəqqəti problemi əks etdirdikdə.

Sanasiya nə qədər davam edir? 

Sanasiyanın davametmə müddəti 18 aydan çox olmamalıdır. Arbitraj məhkəməsi 6 aydan çox olmamaq şərti ilə onun həyata keçirilmə müddətini uzada bilər.

Sanasiyanın üstün cəhətləri hansılardır? 

Sanasiya bankda xidmətdə olan həm fiziki, həm də hüquqi şəxslər üçün sərfəlidir. Əmanətçilər maliyyə təşkilatının lisenziyası alındıqda olduğu kimi qanunla nəzərdə tutulan sığorta ödənişi ilə kifayətlənməyərək, bütün vəsaitlərini də qoruyub saxlaya bilərlər. Hüquqi şəxslər isə bankın sanasiyası zamanı vəsaitlərini öz hesablarında saxlaya və cari müəssisənin xidmətlərindən yararlana bilər.

Əmanətlərin sığortalanması fondu da bu prosedurdan qalib olaraq ayrılır. Belə ki, bankın lisenziyası ləğv edildikdə fond əmanətçilərə pul ödənişləri etməlidir.