12 C
Baku
Monday, November 18, 2024

Senyoraj nədir?

0

Have a Question?

Senyoraj (fransızca seigneuriage) – nağd və nağdsız pulların buraxılışından əldə olunan gəlir. Əskinasların istehsal dəyəri ilə onların nominal dəyəri arasındakı fərq kimi müəyyənləşdirilir. Məsələn, 100 dollarlıq əskinasın istehsalı 12 qəpiyə başa gəlirsə, senyoraj 99 dollar 88 sent təşkil edəcək. Senyoraj həmçinin mənfi də ola bilər, adətən bu kimi hallara nominal dəyəri çox aşağı olan qəpiklərin istehsalı zamanı rast gəlinir. Bir çox banklar bu səbəbdən onların istehsalını dayandırırlar.

Nağd və nağdsız pulların buraxılışından əldə olunan gəlir dövlət büdcəsinə əlavə edilir. Bəzi hallarda səhmdarlara faiz verilə bilər. Məsələn, FED səhmdarlara 6%, Yaponiya Bankı isə 4% ödəyir.

Müasir dövrdə pulların istehsalı gəlir əldə etmək deyil, iqtisadiyyatın düzgün fəaliyyət göstərməsini təmin etmək məqsədini daşıyır.