9 C
Baku
Tuesday, November 5, 2024

SEO nədir?

0

Have a Question?

SEO (Search Engine Optimization – axtarış sistemlərinə uyğun optimallaşma) – axtarış sistemində saytı yuxarı sıralara qaldırmağa imkan verən üsullar toplusudur.

Tutaq ki, Bakıda yaşayan bir xanım internet vasitəsilə evinə pərdələr almaq istəyir. O, “Yandex” və ya “Google” axtarış sistemlərindən istifadə edir və axtarış sətrinə “pərdə almaq” yazır. Sizin sayt isə pərdələr satır. Axtarış nəticələrinin yuxarı hissəsində kontekstli reklamdan sonra sizin saytın görünməsi üçün SEO üzərində işləməlisiniz – saytı istehlakçının istəklərinə uyğun olaraq “optimallaşdırmalısınız”.

SEO həm daxili (saytın daxilində optimallaşdırma, mətn, meta-məlumatlar və açar sözlər üzərində iş), həm xarici (keçir linklər üzərində iş), həm texniki (texniki səhvlərin aradan qaldırılması, səhifənin yüklənmə sürətinin artırılması və s. üzərində iş) ola bilər.

Axtarış sistemlərinin alqoritmləri daim dəyişir. Buna görə SEO-optimallaşma heç vaxt dayanmır. Yəni siz saytın Top 10-luğa daxil olmasına nail olub yerinizdə otura bilməzsiniz.

Nüanslar

SEO-optimallaşdırıcının axtarış sisteminin nəticələrində saytın mövqeyini yüksəltmə üsullarından asılı olaraq, onun hansı SEO növündən istifadə etdiyindən danışa bilərik – ağ, qara və ya boz.

Ağ SEO axtarış alqoritmlərinin bütün qaydalarına uyğun olduğuna, sayt ziyarətçilərinin rahatlığını və təhlükəsizliyini nəzərə aldığına görə tamamilə qanuni sayılır. Optimallaşdırıcı saytın dizaynını yaxşılaşdırır, açar sözlər vasitəsilə bir çox texniki problemləri aradan qaldırır.

Qara – SEO-optimallaşdırıcının görünməz mətnlərdən çəkinmədiyi, çoxlu reklam aldığı, aktivliyə və bəyənmələrə görə ödəniş etdiyi bir haldır. Mütəxəssislərin fikrincə, qara SEO-nu etibarlı saymaq olmaz, çünki axtarış robotu saytı tapa və yoxlaya bilər.

Boz SEO-nun fəlsəfəsi isə budur: qadağan edilmiş metodlardan istifadə etmək olar, amma qədərində. Bir sözlə, daha çox açar söz, daha az reklam. Lakin burada da sanksiyalara məruz qalma riski mövcuddur.