11 C
Baku
Monday, November 25, 2024

SERM nədir?

0

Have a Question?

SERM – axtarış sistemlərində şirkət üçün müsbət imic yaratmağa kömək edən nüfuzun idarə edilməsi texnologiyasıdır.

SERM – ingilis sözlərinin ilk dörd hərfindən ibarət olan bir qısaltmadır: Search Engine Reputation Management (axtarış sistemlərində nüfuzun idarə edilməsi).

Geniş mənada SERM özündə axtarış optimallaşdırması, ödənişli axtarış marketinqi, media ilə əməkdaşlığın optimallaşdırması, bloq və sosial şəbəkələri birləşdirir.

Daha sadə desək, SERM-in əsas vəzifəsi axtarış edərkən istifadəçilərin şirkət haqqında daha çox müsbət və daha az mənfi rəy, qeyd və nəşr görməsinə nail olmaqdır. SERM mütəxəssisləri axtarış sistemlərində şirkət haqqında mənfi materialları müsbət materiallarla əvəz etməklə məşğuldurlar.

İstifadə səhvləri

SERM və ORM bir-birindən fərqli şeylərdir. ORM – şirkətin internetdə nüfuzunun idarə edilməsi üsuludur (sosial şəbəkələrdə, saytlarda, forumlarda və s.). SERM – ORM-in bir hissəsidir.

Nüanslar

SERM necə işləyir?

1) Məlumatların toplanması. Mütəxəssislər axtarış sistemindəki saytları araşdırırlar, şirkət və ya məhsul haqqında mənfi rəyləri izləyirlər. Daha sonra bütün müsbət rəyləri təhlil edirlər və onların əsasında məhsul və ya şirkətin real istifadəçilər üçün üstünlüklərini müəyyənləşdirirlər.

2) Strategiyanın inkişafı. Müsbət rəylər əsasında SERM mütəxəssisləri məhsulun və ya xidmətin bütün üstünlüklərini sadaladıqları material hazırlayırlar. Daha sonra bu materialı müxtəlif tematik platformalarda yerləşdirirlər: sosial şəbəkələr, bloqlar, saytlar.

3) Strategiyanın həyata keçirilməsi. Hazır rəylər, məqalələr, rəylərə verilən cavablar istifadəçilərin axtarış sorğularına uyğun olaraq optimallaşdırılır.

Bundan əlavə, SERM kommunikasiya problemlərini həll edir. Məsələn, SERM vasitəsilə müxtəlif mənbələrdə şirkətin fəaliyyəti haqqında məlumat vermək mümkündür. Eyni zamanda daxili işi təşkil etmək və şəxsi resursları optimallaşdırmaq mümkündür (səhifələr, brend və ya məhsul haqqında rəy bölmələrini yaratmaq).

Q/A kateqoriyasından olan xidmətlərlə iş də buraya daxildir (məsələn, “Reddit” və ya “Quora”). Bu cür resurslar axtarış sistmeləri tərəfindən yüksək qiymətləndirilir və düzgün yanaşma ilə birlikdə nəticələri mükəmməl səviyyəyə qaldırır.

Tənqid

Axtarış sistemlərində ilk səhifə çox dinamikdir. Və siyahıda, məsələn, 20-ci sırada olan sayt tez bir zamanda axtarış nəticələrini aparıcı sətrlərinə çıxa bilər. Bu səbəbdən axtarış nəticələrini optimallaşdıran “Yandex” və “Google”un filtrlərinə diqqət yetirmək vacibdir.

SERM ən çox ORM ilə birlikdə effektiv olur. Əgər yalnız axtarış sistemlərini işləyib nüfuzun digər aspektlərini nəzərə almasanız, SERM gözlədiyiniz nəticəni verməyə bilər. Buna görə SERM aləti ORM-in elementlərindən biri hesab edilməlidir.