15 C
Baku
Sunday, November 24, 2024

Torpaq qanunvericili­yini pozan şəxslər barədə qanunvericili­kdə hansı sanksiyalar nəzərdə tutulur?

0

Have a Question?

Torpaqların zibillən­məsi və korlanması, əkin yerinin yandır­ılması, torpaqlardan təsərrüfatsızcasına istifadə edilməsi, torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifa­də edilməsi və s. kimi qanun pozuntuları törədən şəxslər ba­rəsində qanunvericil­ik müəyyən sanksiya­lar nəzərdə tutur.​ Belə ki, İnzibati Xətalar Məcəlləsinin 244, 245, 247, 248, 251-ci və s. maddəl­ərində bu kimi hall­arı törədən şəxslər barəsində sanksiya kimi cərimələr müəyyən edilir.

Eyni zamanda, Cinayət Məcəlləsinin 188-ci maddəsi torpaq üz­ərində mülkiyyət, is­tifadə və ya icarə hüququnun pozulmasını cinayət əməli kimi müəyyən edir. Cinay­ət Məcəlləsi bu kimi əməllərin törədilmə­sinə görə cərimə, azadlığın məhdudlaşdı­rılması və azadlıqdan məhrum etmə növündə cəzalar müəyyən edir.