1 C
Baku
Cümə, Yanvar 21, 2022

“Vətənə xidmətə görə” ordeni

0

Azərbaycan Respublikasının üç dərəcədə “Vətənə xidmətə görə” ordeni aşağıdakılara görə verilir:

– Azərbaycan Respublikasına sadiqliyə görə, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirməyə görə;
– dövlət qulluğunda səmərəli fəaliyyətə, yüksək peşəkarlığa və xüsusi nailiyyətlərə görə;
– milli dövlət quruculuğu işlərində xüsusi xidmətlərə görə.

“Vətənə xidmətə görə” ordeninin yüksək dərəcəsi birinci dərəcə sayılır.

“Vətənə xidmətə görə” ordeninin hər üç dərəcəsi ardıcıllıqla verilir.

“Vətənə xidmətə görə” ordeni döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər ordenləri olduqda, onlardan sonra taxılır.

“Vətənə xidmətə görə” ordeni hər tərəfə şüalar saçan səkkizguşəli ulduzəsasında tərtib edilmiş kompozisiyadan ibarətdir.

Lövhənin çökək mərkəzində Azərbaycan Respublikasının Dövlət Gerbi təsvir edilmişdir. Orden üç səviyyədən ibarətdir, səkkizguşəli ulduzun yığılması iki kvadrat təşkil edir, onun mərkəzində Azərbaycan Respublikasının Dövlət Gerbi təsvir olunmuşdur. Gerbin üst hissəsində dairənin yarımçevrəsi boyunca “Vətənə xidmətə görə” sözləri yazılmışdır. Bütün yazılar və təsvirlər qabarıqdır.

“Vətənə xidmətə görə” ordeninin üç dərəcəsi vardır: Onun birinci dərəcəsi qızıldan, ikinci dərəcəsi gümüşdən, üçüncü dərəcəsi bürüncdəndir. Ordenin qabarit ölçüləri 35 mm x 35 mm-dir.

Ordenin arxa tərəfi hamar səthlidir, ortasında ordenin nömrəsi həkk olunmuşdur.

Orden paltara bərkidilmək üçün elementi olan 27mm x 47,5 mm mm ölçüdə müvafiq olaraq qırmızı-qara, tünd göy-mavi və çəhrayışabalıdı çalarlı beşbucaqlı xara lentə halqa və ilgək vasitəsilə birləşdirilir.