14 C
Baku
Sunday, November 24, 2024

Valyuta müharibələri

0

Have a Question?

Valyuta müharibələri – milli valyutanın zəiflətmək məqsədilə ölkənin maliyyə orqanlarının həyata keçirdiyi tədbirlər toplusudur. Bu cür hərəkətlərə cavab olaraq, digər ölkələr də məzənnəni aşağı salmağa başlayırlar və proses uzun müddət ərzində davam edir.

Devalvasiyanın əsas məqsədi ölkənin sənaye vəziyyətini (ilk növbədə ixrac) yaxşılaşdırmaq, əmtəə və xidmətlərin idxalı şərtlərini isə əksinə – pisləşdirməkdir. Xarici istehsalçıların rəqabətinin məhdudlaşdırılması, ölkədə iqtisadi artımı sürətləndirir, işsizliyin səviyyəsini aşağı endirir, zərurət yarandıqda (böhran və ya depressiya zamanı) ölkə iqtisadiyyatını “yenidən işə salır”.

Valyuta müharibələrində ittihamların ənənəvi obyekti Çin hesab olunur. Ümumiyyətlə, “valyuta müharibələri” termini dövriyyəyə 2007-2010-cu illərdə, dünya iqtisadiyyatının böhran vəziyyətində olduğu dövrdə qayıtmışdır. Belə ki, ABŞ-ın hərəkətləri, o cümlədən kəmiyyət yumşaltma proqramları, 2008-ci ilin sonundan 2011-ci ilin ortalarına qədər dolların 20% dəyərsizləşməsinə səbəb oldu. Həmin illərdə inkişaf etməkdə olan ölkələrə də ziyan çəkdi: dolların həcmi artdı və milli valyutaların dəyəri qalxdı. Nəticədə, bu ölkələrin qorxu və narazılığı nəticəsində, 2010-cu ilin sentyabr ayında Braziliyanın maliyyə naziri Gvido Mantega, çıxışında “valyuta müharibəsi” terminini səsləndirdi.

Sonrakı illərdə İsveçrə və digər ölkələr milli valyutanı möhkəmləndirmək məqsədilə müxtəlif tədbirlər gördülər. 2012-ci ilin oktyabrından 2013-cü ilin fevralına kimi devalvasiya nəticəsində Yaponiya yuanı 17% düşmüşdür. Ölkənin bu addımı inkişaf etmiş ölkələrin hökumətləri tərəfindən müzakirə olunmağa başladı. Onlar valyutaların süni şəkildə dəyərsizləşməsinin yolverilməzliyini və dünyanın ən böyük iqtisadiyyatları rəhbərliyinin valyuta bazarında sərbəst qiymət prinsiplərinə sadiq qaldıqlarını bəyan etdilər. Təhlilçilər bu açıqlamanı valyuta müharibələri zamanı atəşkəsin qeyri-rəsmi elanı kimi qiymətləndirdilər.