18 C
Baku
Sunday, September 8, 2024

Enterprise Data Architect- AccessBank

Öhdəliklər:

  • Məlumatların idarə olunmasına dair təsəvvürlərin, strategiyaların və prinsiplərin idarə olunması
  • Məlumatlar bazasının strukturu üçün Enterprise Data Modelinin işlənib hazırlanması
  • Yeni daxil edilmiş məlumat obyektlərinin eyniləşdirilməsi və onun müvafiq formasının və Enterprise Data Modelindəki yerinin müəyyən edilməsi nöqteyi-nəzərindən Change Request-lərin şərh olunması
  • Məlumatlar bazasının işlənib hazırlanması standartlarının tərtib olunması və icra edilməsi (bütün məlumatların adları, idarə olunması, modelləşdirilməsi, yerləşdirilməsi, axtarılması və banka çatdırılması)
  • Biznes analitikləri ilə həllərin layihəçiləri arasında əlaqə yaradılması
  • Data Warehouse, ETL və Data Marts daxili konstruksiyalarının layihələndirilməsində, məlumatlar bazasının səmərəliliyinin və miqyasının genişləndirilməsinin idarə edilməsində aparıcı rol oynamaq;
  • Məlumatların cari və gələvək İT landşaftında necə istifadə olunacağını başa düşmək, yeni məlumat növlərinin yerləşdirilməsi qaydasının müəyyən olunmasına rəhbərlik etmək;
  • Bütün məlumatların prosedur və artefaktlarının qorunub saxlanmasını təmin etmək;
  • Məlumatların həyat siklini və məlumat təhlükəsizliyinin idarə olunmasını təmin etmək.

Zəruri bilik və bacarıqlar:

  • Bank işi haqqında əsas biliklər
  • RDBM və NoSQL serverlərinin kommersiya və açıq mənbələrini bilmək
  • BI həlləri, Big Data biliyi
  • SQL təcrübəsi
  • JSON, REST, SOAP – üstünlük verilir
  • Məlumatlar bazasının layihələndirilməsi və təhlükəsizliyi
  • Məlumatların idarə olunması və xidmət göstərilməsi
  • Tələblərin təhlili
  • Layihənin idarə olunması
  • Biznes prosesinin modelləşdirilməsi
  • Komandada iş
  • Təlim
  • Əməliyyat sistemləri və interfeyslər
  • Təqdimat və kommunikasiyalar
  • Mükəmməl ingilis dili biliyi
  • Azərbaycan və rus dillərini sərbəst bilmək
  • Data Management Industry yeniliklərindən xəbərdar olmaq

Maraqlanan şəxslər öz CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilər.

Xahiş olunur CV göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.

Son xəbərlər
Digər xəbərlər