Nar telekommunikasiya xidmətlərini təmin edən şirkət olaraq öz fəaliyyətinə 2007-ci ildə başlamışdır. Biz abunəçilərimizi innovativ və daha asan ünsiyyət vasitələri ilə təmin etmək üçün davamlı olaraq şəbəkəmizi təkmilləşdiririk.
Nar peşəkar inkişaf və karyera yüksəlişinə nail ola biləcəyiniz bir iş yerdir. Əməkdaşlarımızın fərdi və peşəkar inkişafı üçün şirkətimiz lazımı şərait yaradır. Peşəkar mühit, səmimi, mehriban kollektiv, maraqlı sosial layihələr və korporativ tədbirlər şirkətimizi fərqləndirən amillərdəndir.
Şirkətimiz aşağıdakı vəzifə üzrə uğurlu namizəd axtarışındadır
Müəssisə Resurslarının Planlaşdırılması (MRP) üzrə Administrator
Əsas Vəzifə və Öhdəliklər:
• İnformasiya Texnologiyaları strategiyasına və illik inkişaf planına əsaslanaraq Şirkətin Müəssisə Resurslarının Planlaşdırılması Sistemini təkmilləşdirmək və icra etmək
• Təchizatçıların tələblərinə, daxili müştərilərin ehtiyaclarına və aparıcı təcrübəyə əsaslanaraq Müəssisə Resurslarının Planlaşdırılması Sisteminin tətbiqi üzrə əməliyyatları yerinə yetirmək
• Sistem infrastrukurunun texniki dayanmalarını aradan götürmək və ya minimuma endirmək, sistemlərin mövcudluğunu və etibarlılığını təmin etmək
• Tələb olunduğu hallarda mövcud olan daxili sistemləri təkmilləşdirmək
• MS SQL Database Server Administrasiyasına dəstək göstərmək
Tələb olunan bilik, bacarıq və səriştələr:
• Bütövlük
• Müştəri yönümlü
• Komanda işi və Əməkdaşlıq
• Nəticə yönümlü
• Davamlı təkmilləşmə
• Microsoft SQL Server Administrasiyası üzrə işləmə bacarığı ( üstünlük hesab olunur)
• Microsoft Dynamics Navision üzrə bilik ( üstünlük hesab olunur)
• Mükəmməl Excel biliyi
• Maliyyə və Mühasibatlığın əsasları üzrə bilik
• Nisbi Məlumat bazası üzrə bilik
• Azərbaycan (səlis), Rus (yaxşı) və İngilis (yaxşı) dillərini bilmək
Tələb olunan təhsil və iş təcrübəsi:
• Riyaziyyat və Komputer Elmləri üzrə Ali təhsil
• Müəssisə Resurslarının Planlaşdırılması Sistemi üzrə minimum 3 il iş təcrübəsi
Əlavə məlumat:
İş qrafiki : tam ştat
İş müddəti : daimi
Son müraciət tarixi: 09/09/2016
Müraciətlər [email protected] elektron ünvanına göndərilməlidir.
Başlıqda Müəssisə Resurslarının Planlaşdırılması (MRP) üzrə Administrator qeyd olunmayan müraciətlər qəbul olunmayacaq.
Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.