ABŞ Dövlət katibi Entoni Blinken “Şimal axını-2” ilə bağlı Almaniyaya xəbərdarlıq edib.
“Reuters”in verdiyi xəbərə görə, ABŞ Dövlət katibi Rusiyadan Almaniyaya çəkilən “Şimal axını-2″ boru kəmərinin Avropa İttifaqının maraqlarına zidd olduğunu və Ukraynanı təhdid etdiyini bildirib.
E. Blinken qeyd edib ki, bu məsələni almaniyalı həmkarı Hayko Maasla görüşdə müzakirə edəcək.