6 C
Baku
Saturday, December 14, 2024

“Epic Games” $28.7 mlrd. qiymətləndirmə ilə $1 mlrd. investisiya cəlb edib

“Epic Games” 28.7 milyard dollar qiymətləndirmə ilə “Sony” və başqalarından 1 milyard investisiya cəlb edib.

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

Xüsusilə, “Fortnite” şirkəti “Sony”dən 200 milyon dollar cəlb edib. Bildirildiyi kimi, maliyyə raundunda həmçinin “Appaloosa”, “Baillie Gifford”, “Fidelity Management & Research Company” və digər investorlar iştirak edib.

“Epic Games”in baş direktoru Tim Suini şirkətin əsas səhmdarı olaraq qalır.

Şirkət cəlb etdiyi investisiyaları “Epic Games”in xidmətlərindən, o cümlədən “Epic Games Store”dən istifadə edən tərtibatçıların dəstəyinə yönəltməyi planlaşdırır.

Xatırladaq ki, 2020-ci ilin iyulunda “Epic Games” “Sony”dən 250 milyon dollar cəlb etmişdir. Həmin ayda şirkət tərtibatçının 1.4% səhmini almışdır.

“Epic Games”in aprel ayının əvvəlində investisiya axtarması haqqında “Bloomberg” də yazmışdır. Agentlik oyun studiyasının “Apple” və “Google” ilə mübarizədə pula ehtiyacı olduğunu vurğulamışdı. Şirkətlər arasındakı mübahisə 2020-ci ilin yayından bəri davam edir. Məhkəmə prosesi 3 may tarixinə təyin edilib.

Son xəbərlər
Digər xəbərlər