9 C
Baku
Monday, November 18, 2024

EPUL ödəniş platforması VİSA ilə birgə ASAN xidmət mərkəzində QR ilə Dövlət ödənişlərini aktiv etdi

®Oktyabırın 13-dən etibarən 3 ay ərzində VİSA kartla QR kod vasitəsi ilə ASAN xidmət şəbəkəsində ödəniş edən hər bir istifadəçi əməliyyatı komissiyasız icra edəcək.

EPUL platforması və VİSA, ASAN xidmət şəbəkəsində QR kod texnologiyalarına əsaslanan ödəniş həllini istifadəyə verdiyini elan etdi. Hazırda EPUL mobil tətbiqi istifadə edən hər kəs aşağıda göstərilən dövlət ödənişlərini Bakı şəhərində yerləşən ASAN xidmət filiallarında rahatlıqla ödəyə biləcək.

  • Sürücülük vəsiqələrinin dəyişdirilməsi;
  • Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;
  • Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;
  • Miqrasiya xidmətləri;
  • Kommersiya hüquqi şəxslərin və vergi ödəyicilərinin qeydiyyatı.

Yaxın zamanlarda bu layihənin bütün Azərbaycan ərazisini əhatə etməsi planlaşdırılıb.

Bu, bankların ASAN xidmət şəbəkələrində yerləşən filiallarına alternativ xidmətdir və məntəqələrdə fiziki növbənin keçid qabiliyyətini əhəmiyyətli dərəcədə artırmağa imkan verir.

VİSA və EPUL ödəniş servisin əməkdaşlığı innovativ QR kod ödənişini reallığa çevirir və Azərbaycanda ekvaringin əhəmiyyətli hissəsini əhatə edir.

Bu həll daha çox biznes nümayəndələrini rahat, təhlükəsiz, sərfəli xidmətdən istifadə etməyə cəlb edəcək. İstifadəçilər  üçün texnologiyanın üstünlüyü ödəniş üsulunun seçilməsi  və ödəniş prosesinin asanlığındadır.

QR kod ödəniş texnologiyası universaldır və istifadəsi rahatdır. Müştəri bazasını daha da genişləndirmək istəyən şirkətlər, eyni zamada istifadə olunan xərclərin azalmasına həllər axtaran kiçik və orta seqmentlər üçün eyni dərəcədə faydalı olacaq. QR kod ödənişləri nağd pul və ya ödəniş kartı daşımağa ehtiyac duymayan istifadəçilər üçün dövlət ödənişlərinin icra prosesini çox sadələşdirir.” – VİSA şirkətinin Mərkəzi Asya və Azərbaycan üzrə vitse-prezidenti və regional meneceri Kristina Daroş qeyd edib.

Ölkənin aparıcı şirkətlərindən biri olan Visa ilə birlikdə yerli bazarda müasir texnoloji həllər tətbiq edən şirkətimiz layihənin həyata keçirilməsinə dəstək olmasına çox məmnundur. Reallaşdırdığımız bu layihə Azərbaycanda QR kod ödənişlərinin əhatə dairəsini daha da genişləndirəcək. Bu texnologiyadan istifadə etməklə ASAN filiallarında ödənişlərin həyata keçirilməsi üsulu nəinki yeni biznes imkaları açır, eyni zamanda nağdsız ödənişlərin qəbulu üçün ekvarinq və avadanlıqların xərclərini optimallaşdırmağa imkan verir, eləcə də proses istifadəçi üçün sona qədər daha asan, rahat və sürətli olur.  Əminəm ki, QR kod ödəniş texnologiyasının istifadəyə verilməsinin genişlənməsi bundan sonra da Azərbaycanda nağdsız ödənişlərin inkişafı üzrə dövlət proqramının həyata keçirilməsinə mühüm töhfə verəcək. ” –PAYSİS şirkətinin baş direktoru Samir Nasibov məlumat vermişdir.

Bu proyekt çərçivəsində 13.10.2022 tarixində EPUL platforması VİSA ilə birgə növbəti kampaniyasına start verir. ASAN xidmət filiallarında dövlət ödənişlərini QR kodla VİSA kart vasitəsi ilə icra edən hər bir EPUL istifadəçisi 3 ay müddətində ödənişləri komissiyasız icra edəcək.

Xidmətdən yararlanmaq üçün zəruri şərtlər:

  • EPUL mobil proqramını yükləyin (Android və İOS üçün);
  • VİSA kartınızı qeydiyyatdan keçirərək təhlükəsiz mobil proqrama əlavə edin;
  • ASAN xidmətdə işçi sizə xidmət göstərdikdən sonra masada quraşdırılmış QR kodu oxudun.
  • Ərizədə göstərilən xidmətin adı və kassanın adı əks olunur;
  • Ödəniş kodunu və xidmət üçün məbləği daxil edin və ödə düyməsini basın, bir toxunuşla ödəniş avtomatik olaraq kartınızdan silinir. Ödənişin məlumatları EPUL Heasbının Tarixçə bölməsində əks edilir;
  • Operator uğurlu ödəniş haqda çek çap edir.

Eyni zamanda EPUL sistemində qeydiyyatdan keçmədən bu ödənişi icra etmək mümkündür. Bunun üçün telefonunuzun kamerasını QR koda yönləndirməniz kifayətdir.

E-Pul.az-ın yaradıcısı olan “Paysis” MMC 2014-cü ilin avqust ayında təsis edilib. İnnovativ ödəniş platforması kommunal, mobil, sığorta, bank, internet, cərimə, YDM, mağazalar şəbəkəsi və digər ödənişləri, köçürmələr, eləcə də müxtəlif məhsulların alışını təmin edir.

E-Pul mobil tətbiqindən yararlanmaq üçün aşağıdakı linklərə daxil olun:

Son xəbərlər
Digər xəbərlər