25 C
Baku
Thursday, July 10, 2025

Əqli Mülkiyyət Agentliyi 2 milyon manata yaxın mənfəət əldə edib

Əqli Mülkiyyət Agentliyi 2024-cü ili 1 milyon 957 min manat mənfəətlə başa vurub. 2023-cü ildə Agentliyin mənfəəti 1 milyon 494 min manat olub ki, bu da illik müqayisədə mənfəətin 31% artması deməkdir.

Banker.az bu barədə qurumun maliyyə hesabatına istinadən xəbər verir.

Agentlik tərəfindən qanunvericiliklə müəyyən edilmiş xidmətlərin göstərilməsinə və digər işlərin yerinə yetirilməsinə görə 2024-cü ildə daxil olan xidmət haqlarının məbləği 5 084 266 manat, xərclər isə 3 217 841 manat olub. Əldə edilmiş 1 866 424 manat gəlir hesabına Agentliyin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasının yerləşdiyi və uzun illər təmir edilməmiş binalarda təmir – bərpa işlərinin aparılması nəzərdə tutulur.

Hesabat ilində 4 nəfər Agentliyin Aparatına və 14 nəfər tabeliyində olan qurumlara işə qəbul
edilib.

Son xəbərlər
Digər xəbərlər