Əqli Mülkiyyət üzrə Milli Təlim Mərkəzi ləğv olunduğunu elan edir.
Banker.az xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini AZ Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi, ev 124 ünvanına bildirə bilərlər.
Xatırladaq ki, Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin 2021-ci il 16 dekabr tarixli 12 nömrəli Qərarına uyğun olaraq Agentliyin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin və Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin həmtəsisçiliyi ilə “Əqli Mülkiyyət Milli Təlim Mərkəzi” yaradılmışdır.