-1 C
Baku
Saturday, December 14, 2024

Eqoizmin biznesə mənfi təsiri?

Bəzən öz işimizə o qədər çox aludə oluruq ki, əsas amalımızı unuduruq: belə ki, biz biznesi digər insanlara xidmət göstərmək məqsədilə yaradırıq. Əlbəttə, yaratdığımız biznes bizi maddi, emosional və digər amillərlə təmin etsə də, bu biznes yalnızca bizim maraqlarımıza və eqomuza xidmət etsəydi, bu biznes olmazdı. Biznes auditoriyaya xidmət etdikdə, auditoriya da öz növbəsində bizim maraqlarımıza xidmət edəcək.

Bu səbəbdən də, bəzən özü üçün işləyən insanın əsas rəqibi elə onun özü olur. Daha dəqiq desək, onun eqosu. Bu gizli-gizli yaxınlaşan düşməndir və onun mütləq olaraq hücumunu gözləmək lazım deyil. Bəzən biz özümüz şübhələrə qapıldıqda, daim özümüzü tənqid etdikdə onun qurbanına çevrilirik.

Bəzən eqo bizə sərbəst sərhədlərimizi təyin etməyə, cəsarət toplamağa kömək etsə də, daha sonradan iş sona çatdırılmır. Eqonuza nəzarət etmədikdə onun sayəsində vacib əlaqələrinizi, potensial müştərilərinizi, partnyorlarınızı və yaxud pulsuz məsləhətləri itirə bilərsiniz.

Eqonuzun sizi idarə etməsinin qarşısını necə almaq olar?

Dinləyin və öyrənin:

İstənilən vəziyyət zamanı yadınıza salmağa çalışın ki, siz hər şeyi bilə bilmərsiniz (bu hər zaman belədir). Hər zaman yeni biliklər əldə edə bilərsiniz. Kimsə dinləmək istəmədiyiniz hər hansı bir məsələ haqqında danışırsa bundan nə isə yeni bir şeylər öyrənmək imkanı olaraq qəbul edin.

Nəzarətdən imtina edin:

Hər bir halda nəzarət – böyük anlamda illuziyadır. Nə qədər az nəzarət etməyə çalışsanız, bir o qədər çox qəbul edəcəksiniz ki, fikirləri və digərlərinin təəssüratlarını idarə etmirsiniz. İdeyanız, məhsulunuz, işiniz heç bir bəhrə qazandıra bilməz. Bu pisdir, lakin hələ dünyanın sonu deyil və bu heç də o demək deyil ki, yeni cəhətləri sınaqdan keçirə bilmərsiniz.

Kimdənsə kömək istəyirsinizsə daim yuxarıdaki bəndləri yada salın:

Daim insanlara artıq özümüzün cavabını çox yaxşı bildiyimizi zənn etdiyimiz suallar veririk. Əgər hər hansı bir sual ilə çıxış edirsinizsə, deməli bunun üçün real səbəbiniz var.

Eqonun tələb etdiyindən imtina etmək – mütləqdir. Bu nəyin yolunda getmədiyini anlamağa və yeni yollar sınaqdan keçirməli olduğunuzu dərk etməyə kömək edəcək.

Bundan əlavə, başqalarının narazılığını mənasız olaraq şəxsiyyətinizin təhqir edilməsi kimi qəbul etmək yalnışdır. Daxilinizdəki “eqo” adlı yırtıcının sizi idarə etməsinə imkan verməyin. Bunun əvəzində yeni bacarıq və vərdiş əldə edə bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər