Norveçin “Equinor” enerji şirkəti Azərbaycandakı aktivlərinin Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) satışını 2024-cü ilin ortalarında başa çatdırmağı planlaşdırır.
Bu barədə şirkətin 2023-cü il üzrə açıqladığı illik hesabatına istinadən bildirilib.
Qeyd edək ki, “Equinor” 2023-cü ilin dördüncü rübünün maliyyə hesabatında aktivlərin satışının 2024-cü ildə başa çatacağını bildirib.
Ötən ilin sonunda “Equinor” Azərbaycandakı layihələrdən planlaşdırılan çıxışı ilə bağlı 310 milyon ABŞ dolları zərər edib.
Xatırladaq ki, 2023-cü ilin dekabrın 22-də “Equinor” Azərbaycandakı aktivlərini satmaq üçün SOCAR ilə müqavilə bağlayıb. Sövdələşməyə görə, “Equinor” SOCAR-a “Azəri-Çıraq-Günəşli” blokunun işlənməsi layihəsində 7,27 %, Bakı-Tbilisi-Ceyhan neft kəmərində 8,71 %, “Qarabağ” yatağının işlənməsi layihəsində isə 50 % satıb.
Müqavilədən öncə SOCAR AÇG-nin səhmlərinin 25%-nə, BTC-nin 25%-nə və Qarabağ yatağının 50%-nə sahib idi.