5 C
Baku
Monday, December 23, 2024

“Equinor” III rübdə hasilatı azaldıb

Norveç neft-qaz şirkəti “Equinor ASA” 2024-cü ilin üçüncü rübündə qiymətlərin və hasilat həcmlərinin azalması səbəbindən xalis mənfəətini 8,6% azaldıb.

Şirkətin mətbuat xidmətinin məlumatına əsasən, iyul-sentyabr aylarında xalis mənfəət ötən ilin eyni dövrü ilə müqayisədə 2,501 milyard ABŞ dollarından 2,285 milyard ABŞ dollarınadək, yəni 8,6% azalıb. Düzəliş edilmiş mənfəət 25% azalaraq 2,191 milyard ABŞ dolları təşkil edib.

Əməliyyat mənfəəti 7% azalaraq 6,905 milyard ABŞ dolları olub. Gəlirlər 2,2% azalaraq 25,446 milyard ABŞ dolları təşkil edib.

Şirkətin hasilatı ötən rübdə 1% azalaraq gündəlik 2,007 milyon barel neft ekvivalentindən 1,984 milyon barel neft ekvivalentinə düşüb. Karbohidrogenlərin orta satış qiyməti 8% azalaraq bir barel üçün 74 ABŞ dolları olub.

Şirkətin kapital qoyuluşlarının bu il 2023-cü ildəki 14,5 milyard ABŞ dolları ilə müqayisədə təxminən 14 milyard ABŞ dolları səviyyəsində olacağı gözlənilir.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər