32 C
Baku
Monday, September 1, 2025

“Equinor” neft və qaz qrupu “Orsted”in əlavə səhm buraxılışına $1 milyard sərmayə qoyur

Norveçin “Equinor” neft və qaz qrupu “Orsted”in əlavə səhm buraxılışına 1 milyard dollar sərmayə qoyur. O, Danimarka şirkəti ilə daha sıx əməkdaşlıqda maraqlıdır, “Financial Times” yazır.

Beləliklə, “Equinor”, Tramp administrasiyasının dəniz küləyi enerjisinə münasibətdə tətbiq etdiyi sərt tədbirlər nəticəsində təzyiqə məruz qalan “Orsted”ə investisiyasını ikiqat artıracaq.

Sentyabrın 1-də “Equino” “Orsted”in 60 milyard Danimarka kronu (9.4 milyard dollar) dəyərində əlavə səhm buraxılışını dəstəkləyəcəyini və şirkətdəki 10% payını saxlamaq niyyətində olduğunu açıqlayıb.

“Equinor” — Danimarka hökumətindən sonra “Orsted”in ikinci ən böyük səhmdarıdır.

“Orsted”in bazar kapitallaşması 80 milyard Danimarka kronu (12.6 milyard dollar) təşkil edir. Şirkət cümə günü, sentyabrın 5-də səhmdarların növbədənkənar ümumi yığıncağından sonra əlavə səhmlər buraxmağı planlaşdırır.

Şirkətin ABŞ-də Rod-Aylend sahilində dəniz küləyi enerjisi layihəsi avqustun 22-də dayandırılıb. FT yazır ki, layihənin dəyəri 1.5 milyard dollar qiymətləndirilir, külək elektrik stansiyasının 2026-cı ildə işə başlaması nəzərdə tutulduğundan tikintinin özü demək olar ki, başa çatıb.

Aprel ayında Tramp administrasiyası Norveçin “Equinor” dəniz külək stansiyası layihəsini də dayandırıb, lakin sonradan Nyu-York qubernatoru Keti Hokul ilə ştatda yeni təbii qaz kəmərlərinin tikintisinə icazə verilməsinə dair razılaşmaya görə qərar ləğv edilib.

Son xəbərlər
Digər xəbərlər