28 C
Baku
Sunday, June 4, 2023

“Equinor” rekord məbləğdə illik gəlir əldə edib

Kredit üçün müraciət et

Müraciət et, bütün banklardan təklif al

Avropanın ən iri enerji şirkətlərindən biri olan Norveçin “Equinor” kompaniyası rekord məbləğdə illik gəlir əldə etdiyini açıqlayıb.

2022-ci ildə dünyada enerji daşıyıcılarının qiymətlərinin artması fonunda şirkətin gəlirləri üç dəfədən də çox artaraq bir il əvvəlki 10 milyard dollardan 28.7 milyard dollara qalxıb. Bununla yanaşı, “Equinor”un satışları da 66 faiz artaraq 150.8 milyard dollar təşkil edib.

“Equinor” özünün britaniyalı rəqibləri “Shell” və BP, həmçinin amerikalı “ExxonMobil” və “Chevron” kimi, gəlirlərini Ukraynadakı müharibə nəticəsində artırıb. Belə ki, Rusiyadan təbii qazın Avropaya nəqlinin dayandırılması ötən il qiymətlərin rekord səviyyəyə qalxmasına səbəb olub. “Equinor” şirkətinin lider olduğu Norveç isə Avropada ən böyük qaz tədarükçüsünə çevrilib.

Gəlirlərin rekord səviyyədə artması Norveç şirkətinə imkan verəcək ki, öz səhmdarları ilə münasibətlərdə daha səxavətli olsun. Şirkət dividendlərin ödənilməsi və səhmlərin alınmasına 17 milyard dollar yönəltməyi planlaşdırır.

“Equinor”, həmçinin bəyan edib ki, cari ildə neft-qaz hasilatının 3 faiz artırılması istiqamətində işlərə 10-11 milyard dollar sərmayə qoyacaq.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər
X