8 C
Baku
Friday, December 13, 2024

“Equinor”un Azərbaycandakı dövriyyədə olmayan aktivlərinin dəyəri 3,5% azalıb

Cari il martın 31-nə Norveçin “Equinor” şirkətinin Azərbaycandakı dövriyyədə olmayan aktivlərinin dəyəri 1 633 mln. ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 3,5% azdır.

2021-ci il martın 31-nə “Equinor” şirkətinin Azərbaycandakı dövriyyədə olmayan aktivlərinin dəyəri 1 692 mln. dollar olub.

Xatırladaq ki, “Equinor” Azərbaycanda Xəzər dənizində yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqları blokunun işlənilməsi layihəsində (7,27%) və Bakı-Tbilisi-Ceyhan neft kəməri konsorsiumda (8,71%) təmsil olunub.

Bununla yanaşı, SOCAR və “Equinor” şirkətləri arasında 2018-ci ilin may ayında “Xəzər dənizinin Azərbaycan sektorunda “Qarabağ” neft yatağının işlənməsi ilə əlaqədar risk xidməti” və “Xəzər dənizinin Azərbaycan sektorunda “Əşrəfi-Dan Ulduzu-Aypara” sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü” haqqında sazişlər imzalanıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər