6 C
Baku
Sunday, December 15, 2024

“Equinor”un Azərbaycandakı qeyri-dövriyyə aktivləri azalıb

2021-ci il martın 31-ə olan vəziyyətə görə, Norveçin “Equinor” şirkətinin Azərbaycandakı qeyri-dövriyyə aktivləri 1,67 milyard dollara bərabər olub.

Bu barədə şirkətə istinadən məlumat verilir.

Ötən ilin eyni dövründə şirkətin qeyri-dövriyyə aktivləri 1,671 milyard dollar təşkil etmişdi.

Qeyri-dövriyyə aktivlərinə şirkətə bir ildən artıq müddətdə gəlir gətirən aktivlər daxildir.

2020-ci il dekabrın 31-də şirkətin Azərbaycandakı qeyri-dövriyyə aktivləri 1,683 milyard dollar idi.

Mənbətrend.az
Son xəbərlər
Digər xəbərlər