2 C
Baku
Saturday, December 14, 2024

Ərəb ölkələri İsraillə sülh şərtlərini açıqladı

Ərəb ölkələri İsraillə dinc münasibətlərin qurulması üçün əsas şərt – Fələstindəki 1967-ci ildə təsbit edilmiş bütün ərəb ərazilərinin işğalından əl çəkməyi irəli sürüblər.

Bu barədə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən Ərəb-İslam Sammitinin qərarında deyilir.

“İsraillə sülhün və onunla normal münasibətlərin qurulmasının ilkin şərti onun bütün Fələstin və ərəb torpaqlarını işğalına son qoyması, həmçinin Fələstin Dövlətinin 4 iyun sərhədləri daxilində tam suverenliklə müstəqilliyini həyata keçirməsidir”, – sammitin qərarında qeyd edilir.

Son xəbərlər
Digər xəbərlər