Birləşmiş Ərəb Əmirliklərindən olan Məhəmməd Əhməd Əl-Yamahi Ərəb Parlamentinin yeni sədri seçilib.
Misirin paytaxtı Qahirədə keçirilən görüşdə Əl-Yamahi iki il müddətinə parlamentə sədrlik edəcəyi bildirilib.
Onun bəhreynli sələfi Adel bin Abdul Rahman Əl-Asumi iki dəfə ard-arda Ərəb Parlamentinə sədrlik edib.
Ərəb Parlamentinin sədri Məhəmməd Əhməd Əl-Yamahi öz çıxışında vurğulayıb ki, ərəb xalqının üzləşdiyi problemlər ilə mübarizə parlamentin iştirakçılarından qeyri-ənənəvi səylər və həll yolları tələb edir.
Əl-Yamahi Ərəb Parlamentinin təkcə ərəb məsələlərini müdafiə etmək üçün deyil, həm də ərəb ölkələrinin səsini dünyaya çatdırmaq üçün bütün regional və beynəlxalq parlament forumlarında fəal çalışacağını vurğulayıb.