Ərəb və Afrika ölkələri Şimal-Cənub nəqliyyat dəhlizi layihəsinə qoşula bilər.
Bunu Avrasiya Xalqları Assambleyasının Baş katibi Andrey Belyaninov BRİCS-in Beynəlxalq maliyyə-iqtisadi forumunda çıxışı zamanı deyib.
“Fikrimcə, bu Şimal-Cənub nəqliyyat dəhlizi layihəsi həm ərəb dünyasına, həm də Afrikaya genişlənmək imkanına malikdir. Bu, kanalla bağlı müəyyən çətinliklərə baxmayaraq, logistik imkanların genişləndirilməsi ilə bağlıdır”, – o bildirib.
Qeyd edək ki, mayın 27-dən 28-dək BRICS Beynəlxalq maliyyə-iqtisadi forumu keçiriləcək. 10-dan çox ölkədən olan nümayəndələr qlobal transformasiya kontekstində birləşmənin tərkib hissəsi kimi müstəqil maliyyə alətlərinin yaradılması və biznesin inkişafı məsələlərini müzakirə edəcəklər.